Suraxanı rayonunda “Erkən nikah və fəsadları” mövzusunda tədbir keçirilib

Suraxanı rayonunda “Erkən nikah və fəsadları” mövzusunda tədbir keçirilib

ədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini, Suraxanı RİH yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Könül xanım Axundova, komissiyanın üzvləri, Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsində Yetkinlik Yaşına Çatmayanlarla profilaktiki işin təşkili bölməsinin və YAP Suraxanı rayon təşkilatının nümayəndələri, Suraxanı rayon Gənclər və İdman İdarəsinin, Suraxanı Rayon Gənclər Evinin rəhbərləri, qəsəbə Bələdiyyələrinin sədrləri, rayonun təhsil müəsissələrinin rəhbərləri, psixoloqları, şagirdləri və valideynlər iştirak etmişlər.

İlk öncə foyedə məktəbin şagirdi Humay Məmmədlinin rəsmlərindən ibarət sərgiyə baxış keçirilmiş, daha sonra akt zalında davam edən tədbir Dövlət himninin səsləndirilməsi ilə davam etmişdir.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Səadət Məmmədova qonaqları salamlamış və günümüzün ən aktual problemlərindən biri olan erkən nikahların doğurduğu fəsadlar, cəmiyyətimizə vurduğu ziyanlardan bəhs etmişdir.

Daha sonra tədbir erkən nikahların acı həqiqətləri, uşaq hüquqları, təhsildən yayınma ilə bağlı videoçarxların nümayişi və məktəbin şagirdlərinin təqdimatında hazırlanmış bədii hissə ilə davam etmişdir.

Bədii hissə yekunlaşdıqdan sonra Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini, Suraxanı RİH yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Könül xanım Axundova çıxış edərək məsələ ilə bağlı Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın əsas fəaliyyət istiqamətlərindən olan sözügedən mövzuya xüsusi həssaslıqla yanaşıldığını diqqətə çatdırdı.  K.Axundova problemlə mübarizədə ciddi maarifləndirmə işlərinin aparılmasının önəmindən də danışmışdır.

3 nömrəli doğum evinin baş həkimi İmmi Ələkbərova, Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsində Yetkinlik Yaşına Çatmayanlarla profilaktiki işin təşkili bölməsinin inspektoru, polis kapitanı İlahə Balayeva, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Gənclər evinin psixoloqu, inkişaf mütəxəssisi Təbəssüm Qafarlı çıxış edərək gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atan erkən nikahların boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olduğunu diqqətə çatdırmış və valideynlərin öz övladlarını erkən nikaha sövq etməkdən çəkinməli, onların təhsillərini bitirmələrinə şərait yaratmalı olduqlarını bir daha tövsiyə etmişlər.