Sülhün tək şərti terrorçuların silahı yerə qoymasıdır
Lalə Məmmədova
YAP Suraxanı Rayon Təşkilatının üzvü
Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin müəllimi
Doğma Vətənimizin yerləşdiyi strateji bölgə tarix boyu yadellilərin diqqətini özünə cəlb etmişdir. İstər təbii sərvətləri baxımından, istər iqlimi, istərsə də ərazisinin mövqeyi baxımından hər zaman maraq dairəsində olub doğma Azərbaycanım! Məhz bu səbəbdəndir ki, əsrlərdir millətimiz vətən uğrunda, torpaq uğrunda öz qəhrəman övladlarının canını qurban verir.
“Təki Azərbaycanımız sağ olsun, müstəqilliyimiz əbədi olsun”- deyə sinəsinə dağ basdı neçə bacımız, neçə qardaşımız. Lakin təəssüflər olsun ki, özümüz kimi heç kim olmadı qarşımızda. Bizi əzmək, məhv etmək üçün zəif vaxtlarımızda başqalarından kömək alaraq şığıdılar üstümüzə. Mərdi-mərdanə döyüş görmədik biz.
Ermənistan sadə bir gerçəyi unudur ki, işğal altındakı əraziləri boşaltmağa başlamayınca müharibə bitmiş sayılmayacaq. Qarabağda böyük sülhün əsas və dəyişməz şərti budur, bu da qalacaq. Məhz cənab Prezidentimizin göstərdiyi dəmir yumruq da bunu deməyə əsas verir ki, sülhün şərtləri qalib tərəf olan Azərbaycanın istəyinə uyğun olmalıdır.
Təbii ki, biz hər zaman ədalətli davranmış, heç kimin körpəsinə, silahsızına güllə atmamışıq. Bu sülh danışıqlarında da Qafqaz əhalisinin rifahını yaxşılaşdırmaq üçün bölgədə sabitliyi daim stabil saxlamağa çalışmalıyıq. İnanırıq ki, qəbul edilən qərar Azərbaycanın əbədi müstəqilliyini, xalqımızın səadətini əlində əsas tutacaq. Biz bir xalq olaraq dövlətimizə inanırıq və onun yürütdüyü siyasətin arxasındayıq.
Qarabağ Azərbaycandır!