Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı
Qulam Səfərzadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı RİHB-nın Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Ölkə Başçısı İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan Icmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Dövlət Başçı görüşdə nitq söyləyib.
Azərbaycan Qaçqınlar Cəmiyyəti avqust ayında Qərbi Azərbaycan İcmasına çevrilmişdir. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Bunu bir çox tarixi sənədlər, tarixi xəritələr təsdiqləyir. XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir. 1920-ci ildə sovet hökümətinin qərarı və ermənilərin təkidi ilə tarixi torpağımız Zəngəzuru da Ermənistana birləşdirdilər. Bununla faciə bitmədi. 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalmışdır.
Nəhayət, 1980-ci illərin sonlarında sovet höküməti xalqımıza qarşı növbəti cinayəti törətdi. Bu dəfə Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm də onların sovet hökümətindəki havadarları dərhal hərəkətə keçdilər. Ulu Öndər Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılsndan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hoküməti onlara dəstək oldu, həm Qarabağda, həm də o vaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı.
Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi. Onlar 3 il ərzində Ermənistandsn zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncə verildi. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı. O da azmış kimi Qarabağda da xalqımıza qarşı cinayət törədildi.
Qarabağın və Şərqi Zəngəzurun işğalı növbəti faciəmiz idi. Təkcə XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşmişdir. Ancaq sınmadı, əyilmədi, inamını itirmədi, güc topladı və istədiyinə nail oldu. İki il bundan əvvəl biz öz tarixi missiyamızı yerinə yetirərək ədaləti bərpa etdik, düşmənləri torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik.
Bu gün azad edilmiş torpaqlarda qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq. Onlar eynisini Qərbi Azərbaycanda da ediblər. Ermənilərin törətdikləri vəhşilikləri Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə dünya ictimaiyyətinə çatdırmalıdır. Bütövlükdə XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə geniş məlumat verilməlidir.