SOCAR-ın Sənayedə Təhlükəsizlik İdarəsində Ulu Öndərin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilmişdir

SOCAR-ın Sənayedə Təhlükəsizlik İdarəsində Ulu Öndərin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilmişdir
8 may tarixində SOCAR-ın Sənayedə Təhlükəsizlik İdarəsində "Heydər Əliyev İli" çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə idarənin rəisi İskəndər Şirəli, idarənin əməkdaşları Bədirxan Bədəlov, Nərgiz Hüseynova, Nərgiz Mehdiyeva çıxış etmişlər.
YAP-ın Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış etdikdən sonra YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov tərəfində təltif edilmiş SOCAR-ın Sənayedə Təhlükəsizlik İdarəsinin rəisi İskəndər Şirəliyə Fəxri Fərman təqdim etmişdir.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunmuşdur.