Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi mühim hadisədir
Səadət Rəşidova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin müəllimi
Prezident İlham Əliyevin düşünülmüş strategiyası Azərbaycanın Avropa və dünya ölkələri arasında reytinqini getdikcə yüksəldir. Respublikamız artıq Avropanın enerji təhlükəsizliyi təminatında əsas rol oynayan ölkələrdən birinə çevrilib. Hazırda ölkəmizin təbii qazı səkkiz ölkəyə ixrac olunur. Serbiya isə doqquzuncu ölkədir. Azərbaycanın xarici əlaqələrinin, o cümlədən,Serbiya və Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin formalaşmasında Prezident İlham Əliyevin bu ölkələrin dövlət başçıları ilə şəxsi münasibətləri əhəmiyyətli rol oynayır.
Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya–Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Serbiya Prezidenti Aleksandr Viçiç və Bolqarıstan Prezidenti Rumen Radev iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı Azərbaycanın zəngin qaz ehtiyatlarına malik olduğunu vurğulamış və dost ölkələrlə təkcə enerji sahəsində deyil, həmçinin bütün sahələrdə əməkdaşlıq edəcəyini demişdir. Prezident Serbiya Bolqarıstan Qaz İnterkonnektorunu Serbuya-Bolqarıstan enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihə adlandırmışdır.
Serbiya Prezidenti Aleksandr Viçiç Azərbaycanın enerji resurslarına diqqət çəkərək iki ölkə arasında enerji sahəsində əməkdaşlığın müzakirə edildiyini bildirmiş,həmçinin Serbiyanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün həll yollarının axtarıldığını qeyd etmişdir.
Görüşdə Bolqarıstan Prezidenti bu layihənin reallaşmasına görə,Serbiya və Azərbaycan prezidentlərinə təşəkkürünü bildirdi. Belə bir tədbirin Yunanıstan və Bolqarıstan arasındakı interkonnektorun açılışının Sofiyada da keçirildiyini xatırladan R.Radev qeyd etdi ki, həmin interkonnektor sayəsində Bolqarıstan, nəhayət ki, Azərbaycan qazını qəbul edə bilmişdir. Bolqarıstan prezidenti buna görə Azərbaycan prezidentinə təşəkkürünü bildirdi və Azərbaycanı etibarlı tərəfdaş adlandırdı.