Seçki kampaniyasının uğurla həyata keçirilməsi üçün bütün lazımi tədbirlər görülməkdədir

Seçki kampaniyasının uğurla həyata keçirilməsi üçün bütün lazımi tədbirlər görülməkdədir

09.01.2025-ci il tarixdə Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu Əmircan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov bildirdi ki, bələdiyyə seçkiləri yerli özünüidarəetmə orqanlarına seçkilər olduğuna görə, təşviqat prosesində əsas ağırlıq təbii ki, YAP-ın yerli təşkilatlarının üzərinə düşür. Buna görə də Suraxanı rayonunda yerli təşkilatımız tərəfindən seçki kampaniyasının uğurla həyata keçirilməsi üçün bütün lazımi işlər görülməkdədir.

Daha sonra çıxış edən Suraxanı rayonu Əmircan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri Cəmilə Ağayeva, Vasif Orucov, Anar Tağıyev və Aysel Şərifova çıxış edərək xüsusi qeyd etmişlər ki, YAP tərəfindən namizədliklərinin irəli sürülməsi böyük bir etimaddır. Onlar da öz növbələrində bu etimadı doğrultmağa çalışacaqlar.
09.01.2025-ci il tarixdə eyni zamanda da bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu Qaraçuxur, Əmircan, Zığ bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə səyyar görüşləri keçirilib.

Seçicilərlə səyyar görüşlər Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "V" yaşayış sahəsi, bina 27-nin qarşısında namizəd Tünzalə Əliyevanın, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi ünvanında namizəd Emil Yusifovun, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsi ünvanında namizəd Mehrab Hüseynovun, Zığ qəsəbəsi Sabir küçəsi ünvanında namizəd Zeybə Zahidovanın iştirakı ilə keçirilmişdir.

YAP-ın namizədlərinə böyük maraqla müşahidə olunan səyyar görüşlərdə sakinləri maraqlandıran məsələlər müzakirə olunmuşdur.

Görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.