Sarsılmaz müttəfiqlik münasibətləri

Sarsılmaz müttəfiqlik münasibətləri
Nuranə Hüseynova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 89 nömrəli məktəbin direktor müavini
Azərbaycan- Türkiyə əlaqələri Ulu Öndər Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlət “ tezisinə əsaslanır. Şuşa Bəyannaməsinin imzalanması ölkəmizin tarixində çox önəmli hadisələrdən biridir. 2021-ci il iyunun 15-də Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi “nin imzalanması dünyaya bir daha Azərbaycan Türkiyə qardaşlığının sarsılmaz olduğunu nümayiş etdirdi. Məhz həmin gün dili, dini, tarixi, mədəniyyəti və məqsədi bir olan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı.
Şuşa Bəyannaməsinin siyasi əhəmiyyəti Azərbaycan üçün daha vacibdir. Belə ki, Ermənistanın 30 illik hücumuna son qoyulmasında, işğal olunmuş torpaqlarımızın azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Beləliklə, Azərbaycan vəTürkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq iki dövlət arasında bütün sahələrdə inteqrasiyanın nümunəsi olan Bəyannaməyə imza atdılar. Bu Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir.