Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd Sammitində üzv dövlətlərin diqqətinə ölkəmiz haqqında ətraflı məlumatlar çatdırıldı

Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd Sammitində üzv dövlətlərin diqqətinə ölkəmiz haqqında ətraflı məlumatlar çatdırıldı

Laləzar Novruzova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 312 saylı uşaq bağçasının müdiri

Şanxay Əməkdaşlıq Təşkilatının növbəti Sammitində Prezidentimiz ilk öncə Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə məlumat verdi. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verdiyini bildirdi. Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər.

Prezidentin ifadə etdiyi rəsmi rəqəmlərə əsaslansaq, bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bildiyini bildirib cənab prezidentimiz. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir. Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd Sammitində üzv dövlətlərə ölkəmiz haqqında ətraflı məlumatlar çatdırıldı.

Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. 

Prezitent Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd Sammitində bildirdi ki, Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacağını bildirib. 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.