“Şanlı Zəfərimiz” adlı tədbir keçirilib

“Şanlı Zəfərimiz” adlı tədbir keçirilib

6 noyabr tarixində Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Cəlal Qurbanov küçəsi 78 ünvanında yerləşən Ərazi Partiya Təşkilatında (277 saylı uşaq bağçası) “Şanlı Zəfərimiz” adlı tədbir keçirilmişdi.

Tədbirdə 277 saylı və Şənlik uşaq bağçasının müdirləri və kollektivi iştirak etmişdi. 

Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova Azərbaycan xalqı əsrlər boyu öz vətənini, milli dəyərlərini və azadlığını qorumaq uğrunda böyük sınaqlardan keçmişdir. Tariximizin hər bir səhifəsində xalqımızın igid oğul və qızlarının qəhrəmanlığı, vətən sevgisi və birlik ruhu yaşayır. Biz bu gün fəxrlə danışırıq ki, xalqımız öz gücü, iradəsi və birliyi ilə tarix yazan xalqlardandır. Şəhidlərimizin əziz xatirəsi, qəhrəmanlarımızın şücaəti hər zaman qəlbimizdə yaşayacaq və gələcək nəsillərə örnək olacaqdır. Tarixini unutmayan xalq daim güclü olar. Çünki keçmişini bilən insan gələcəyini daha inamla qurur. Qoy tariximizin parlaq səhifələri hər zaman xalqımıza birlik, güc və qürur gətirsin. Daha sonra tədbir 277 saylı bağçanın körpə fidanları tərəfindən hazırlanmış kompazisiyalar ilə davam etdirildi.

Paylaş