“Sənə Zəfər Yaraşır, Azərbaycan” adlı tədbir keçirilmişdir
Suraxanı rayonu Əmircan qəsəbəsi 6-cı Əmircan küçəsi 2-ci döngə 16 ünvanında yerləşən ərazi partiya təşkilatında (Gigiyena və Epidemiologiya Mərkəzi) Şanlı Zəfərimizin 6-cı ildönümü ilə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himnin səsləndirilməsi ilə açıq elan olunmuşdur. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, ƏPT-nin sədri, Suraxanı rayonu Gigiyena - Epidemiologiya Mərkəzin direktoru Arzu Quliyeva və əməkdaşları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan ƏPT-nin sədri Suraxanı rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Arzu Quliyeva qeyd etmişdir ki, Azərbaycan xalqının tarixində 8 Noyabr - Zəfər Günü milli dövlətçilik salnaməsinin ən möhtəşəm hadisələrindən biri kimi xüsusi yer tutur. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi qələbənin ildönümü deyil, həm də Azərbaycan dövlətinin siyasi iradəsinin, milli birliyinin, ordusunun gücünün və xalqın tarixi ədalətə olan inamının təntənəsidir.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxışında bildirmişdir ki, Bu müharibənin nəticələri göstərdi ki, güclü dövlət quruculuğu uzunmüddətli və ardıcıl siyasət tələb edir. İqtisadi müstəqillik, müdafiə potensialı, diplomatik fəaliyyət və informasiya siyasəti bir-birini tamamlayan strateji istiqamətlərdir. Azərbaycanın qazandığı Zəfər də məhz bu amillərin vahid məqsəd ətrafında birləşməsinin nəticəsi kimi tarixi əhəmiyyət daşıyır.Noyabrın 8-də Şuşanın azad edilməsi isə Vətən müharibəsinin ən mühüm hadisəsi oldu.
Daha sonra çıxış edən natiqlər vurğulamışlar ki, Zəfər tarixindən danışarkən şəhidlərimizin və qazilərimizin fədakarlığını xüsusi qeyd etmək lazımdır. Bu qələbə minlərlə qəhrəmanımızın canı və sağlamlığı bahasına əldə olunub. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinə diqqət və qayğı göstərilməsi, qazilərin sosial müdafiəsi və cəmiyyətə inteqrasiyası dövlətin və xalqın mənəvi borcudur. Zəfərin əsl dəyəri həm də bu fədakarlığın unudulmamasında, qəhrəmanlıq tarixinin gələcək nəsillərə çatdırılmasındadır. Bu tarixi hadisələrin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da əhəmiyyəti böyükdür.