Şəhid Səbuhi Orucov doğum günündə məzarı başında ehtiramla yad edilib
Yanvarın 20-də YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseyn, digər rəsmi şəxslər, şəhid ailələri və qazilərin iştirakı ilə Vətən müharibəsinin şəhidi Orucov Səbuhi Vahid oğlunun doğum günü münasibətilə Bülbülə qəsəbəsi Şəhidlər Xiyabanında məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Şəhidimizin məzarı önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.