Şəhid Səbuhi Orucov 87 nömrəli tam orta məktəbdə ehtiramla yad edilib
19 yanvar 2026-cı il tarixində 87 nömrəli tam orta məktəbdə İkinci Qarabağ müharibəsi şəhidi Səbuhi Orucovun doğum günü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini-sektor müdiri Elmar Hüseynov, 87 nömrəli məktəbin direktor vəzifəsini icra edən Kəmalə İbrahimova digər rəsmi şəxslər, şəhid ailə üzvləri və məktəbin müəllim-şagird kollektivi iştirak etmişdir.
Öncə Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi zamanı həlak olmuş günahsız vətəndaşların və Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək demişdir ki, gənclər, yeniyetmələr arasında şəhidlərin təbliği, məktəblərdə vətənpərvər ruhda maarifləndirici tədbirlərin keçirilməsi böyük əhəmiyyətə malikdir.
Tədbir digər rəsmi şəxslərin çıxışları və məktəbin müəllim-şagird kollektivinin hazırladığı vətənpərvər mövzuda maraqlı kompozisiyalar ilə davam etmişdir.