Şəhid Ruhid İslamlının anım günü ilə əlaqədar tədbir keçirilmişdir

Şəhid Ruhid İslamlının anım günü ilə əlaqədar tədbir keçirilmişdir
7 oktyabr Vətən müharibəsi şəhidi İslamlı Ruhid Uğur oğlunun anım günüdür. Anım günü münasibəti ilə 315 nömrəli tam orta məktəbin müəllim – şagird kollektivinin təşkil etdiyi “Zəfər tariximizin Ruhid İslamlı səhifəsi” adlı anım tədbiri keçirilmişdir. Tədbir Ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsində canlarını vətən uğrunda qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsi ilə başlamışdır.
Tədbirdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Dəniz Aslan, digər rəsmi şəxslər, şəhid ailələri, qazilər, qəsəbə sakinləri və şəhidin doğmaları iştirak etmişlər. Tədbiri məktəbin direktoru Leyli Rüstəmova giriş sözü ilə açıq elan etmişdir. Məktəbin şəhid məzunu Ruhid İslamlının anım günü münasibətilə keçirilən tədbirdə şəhidin keçdiyi qısa və şərəfli həyat yolu haqqinda video roliklər təqdim olunmuş, məktəb şagirdlərinin iştirakı ilə səhnəciklər göstərilmişdir.
YAP Suraxanı rayon təşkilatının sədri müavini Salman Əbdülov şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişdir. Salman Əbdülov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün şəhidlərimiz kimi Ruhid İslamlının da xatirəsinin əziz tutulduğunu vurğulamışdır. Yerli təşkilatın nümayəndəsi Ali rəhbərin Vətən Müharibəsi şəhidlərinə və onların ailələrinə olan diqqətinin hər kəsə nümunə olduğunu bildirmişdir.
Tədbirdən sonra şəhidin Zığ qəsəbəsi Dədə Qorqud yaşayış sahəsinin Şəhidlər Xiyabanında məzarını ziyarət ziyarət edilib, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.