22 aprel 2026-cı il tarixində şəhid Mirzəzadə Nurəddin Burhan oğlunun doğum günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Dəniz Aslan, digər rəsmi şəxslər, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və şəhidin doğmaları iştirak etmişlər. Zığ qəsəbəsi Dədə Qorqud yaşayış sahəsində yerləşən Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət olunmuş, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub.