Şəhid Mürşüd Əhmədzadənin doğum günü ehtiramla yad edilib
1 aprel şəhid Əhmədzadə Mürşüd Müdahil oğlunun doğum günüdür. 1 aprel 2024-cü ildə Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbdə Şəhidin doğum günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çiraqova, Şəhid ailə üzvləri, qazilər və müharibə iştirakçıları iştirak etmişlər.
Çıxış edən natiqlər bildirmişlər ki, torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş, qürurumuz və fəxrimiz olan şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur və ehtiramla anılır. Həmçinin qeyd olunmuşdur ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində xalqımız bu gün sözlə ifadə edilməsi mümkün olmayan Şanlı Qələbənin sevincini hədsiz fərəh və qürur hissləri ilə yaşayır.
Tədbir daha sonra məktəbin müəllim-şagird kollektivi tərəfindən Şəhid Mürşüd Əhmədzadəyə həsr olunmuş ədəbi-bədii kompozisiya və səhnəciklərlə davam etmişdir.