Şəhid Leytenant Samir Əliyev şəhadətinin dördüncü ildönümündə ehtiramla yad edilib

Şəhid Leytenant Samir Əliyev şəhadətinin dördüncü ildönümündə ehtiramla yad edilib

Bu gün, oktyabrın 15-i torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşən leytenant Əliyev Samir Əliheydər oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 4 il ötür.

Anım günü münasibətilə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, sədr müavini Salman Əbdülov, şəhidin ailə üzvləri, şəhid anaları və  rayon ictimaiyyətinin nümayəndələri şəhid Samir Əliyevin Zığ qəsəbəsində yaşayan ailəsini ziyarət etmiş və ailənin qayğıları ilə maraqlanmışlar.