Şəhid Elnur Şahbazovun qardaşının toy məclisi keçirilib

Şəhid Elnur Şahbazovun qardaşının toy məclisi keçirilib

17.02.2026-ci il tarixdə Şəhid Şahbazov Elnur Qədir oğlunun qardaşı Eldarın toy məclisi keçirilib. Toy məclisində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, şəhid ailə üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil ƏliyevYAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov toy mərasimində çıxış edərək bildirmişlər ki, bütün Şəhid ailələri əziz və doğmadılar. Sevindirici haldır ki, Şəhid ailə üzvləri və qazilər Müzəffər Ali Baş Komandan, Prezident, YAP-ın sədri cənab İlham Əliyevin ətrafında bir yumruq kimi bizləşərək öz ali dəstəklərini ifadə edirlər. Şəhid Elnur Şhabazovun Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirən Adil Əliyev və Vüqar Seyidov xüsusi olaraq qeyd etmişlər ki, Suraxanı rayon ictimaiyyəti olaraq bundan sonra da hər zaman şəhid ailələrinin yanında olacaqlar. Sonda Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsinə ehtiram ifadə edilərək gənclərə xoşbəxtlik arzulanıb.

Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını ifadə ediblər.