Şəhid Əmirxan Babayev doğum günündə ehtiramla yad edilib

Şəhid Əmirxan Babayev doğum günündə ehtiramla yad edilib

28 noyabr Vətən Müharibəsi şəhidi Babayev Əmirxan Mirilham oğlunun doğum günüdür. Şəhidimizin doğum günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, digər rəsmi şəxslər, şəhid ailəsinin nümayəndələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhidin Yeni Suraxanı qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur.

Şəhidin ad günündə qəhrəman vətən övladlarına və onların ailələrinə qayğı göstərməyə cəmiyyətimizin daima borclu  olduğunu ifadə edən YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün şəhidlərimiz kimi Babayev Əmirxanın da xatirəsinin əziz tutulduğunu vurğulamışdır. Yerli təşkilatın sədr müavini Ali rəhbərin Vətən Müharibəsi şəhidlərinə olan diqqətinin hər kəsə nümunə olduğunu bildirmişdir. 

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə,  Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.