Rumıniyayla qarşılıqlı maraqlar əsasında qurulmuş əməkdaşlıq
Dadaş Baba-zadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 89 nömrəli tam orta məktəbin direktoru
Ulu Öndər Heydər Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasəti layiqincə davam etdirən cənab Ali Baş Komandan İlham Əliyev bu dəfə Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı verdiyi bəyanatla bir daha sübut etdi ki, ölkəmizin dünya səviyyəsində strateji tərəfdaşlıq və siyasi məsələlərdə böyük nüfuzu vardır.
Ölkələrimiz arasında qarşılıqlı maraqlar əsasında qurulmuş əməkdaşlıqdan söz açan dövlət başçımız bəyan etdi ki, iki ölkə arasında siyasi dialoq yüksək inkişaf etmişdir. Müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına uyğundur. Rumıniya və Azərbaycan uzun illərdir ki, əlaqələrini strateji əməkdaşlıq əsasında qururlar.
Cənab Prezident İlham Əliyev öz bəyanatında qeyd etdi ki, bu gün energetika sahəsində əməkdaşlığın aktuallığı təkcə Rumıniya -Azərbaycan arasında deyil, eyni zamanda bütün dünya səviyyəsində aktual məsələdir. Uzun illərdir ki, Azərbaycanın neft şirkəti Soccar Rumıniyada fəaliyyət göstərir. 70-dən çox yanacaqdoldurma məntəqəsi, bir neçə yanacaq deposu vardır. Bundan başqa, təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş də yeni perspektivləri müəyyən edir. Azərbaycan qazı Avropa məkanında yeni ünvana nəql ediləcək və Rumıniya imkanlarından istifadə edərək Avropanın digər yerlərinə də Azərbaycan qazı nəql ediləcək.
Bütün bu uğurlar deməyə əsas verir ki, Azərbaycan və Rumıniya arasında əməkdasliq həm qaz, həm yaşıl enerji dəhlizləri, o cümlədən nəqliyyat sahəsində də gözəl nəticələr doğuracaqdır. Bu gün Azərbaycan Avropa ittifaqının etibarlı enerji tərəfdaşıdır.
Bütün bunlar bir daha nəinki Azərbaycan xalqına eyni zamanda bütün dünyaya bəyan edir ki, dövlətimiz istər siyasi, istər iqtisadi, istərsə də energetika sahəsində sürətli inkişaf yolu keçərək inkişaf etmiş ölkələr sırasında öz yerini möhkəmləndirir.
Var olsun müstəqil Azərbaycan!
Yaşasın hər zaman xalqının rifahını düşünən Ali Baş Komandan İlham Əliyev!