Respublikamızda suların ekoloji vəziyyəti
Tural Rəsulov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayon Sukanal İdarəsinin rəis müavini
Öncə yada salmaq lazımdır ki, Azərbaycanın illik şirin su balansı 30-31 km3–a bərabərdir (Rüstəmov, 1987; Əliyev, 2002; Salmanov, 2006). Zaqafqaziyada su ehtiyatının 14%-i bizim payımıza düşür. Adambaşına kvadratkilometr hesabı ilə su, Gürcüstanda 6-7 dəfə, Ermənistanda isə 2.5-3 dəfə bizdən çoxdur.
Sual oluna bilər ki, nə üçün bir çox mənbələrdə göstərilir ki, Azərbaycanda su azdır, çatışmır?
Həqiqətən də sularınız azdır, məsrəf sahələrimiz isə çoxdur, çünki həm kənd təsərrüfatı, həm də mürəkkəb xarakterli sənaye sahələri çox su tələb edəndir və s. Məsələn, texniki bitkilər əkilən Ermənistanda və Gürcüstanda əkin sahələrinin, müvafiq olaraq 32-36%-i suvarılırsa, Azərbaycan da məhsulun 85-90%-i suvarmanın hesabına əmələ gəlir. Ölkəmizdə su qıtlığını yaradan təbii amillərdən biri də ondan ibarətdir ki, respublikamız Zaqafqaziya bölgəsinin quraqlıq (arid) sahəsi cənub-şərqində yerləşir. Ona görə, ölkə ərazisində təbii buxarlanma atmosfer çöküntülərindən (nəmişlik) 2.7-3 dəfə çoxdur (Rüstəmov, 1987).
Azərbaycanın su balansında daimi mövcud olan və ona görə də həmişə narahatlığa səbəb olan problem ondan ibarətdir ki, sularımızın üçdə iki hissəsi kənarda formalaşır. Bu da o deməkdir ki, su balansının 70%-dən çox hissəsinin taleyi, kəmiyyət-keyfiyyətinin sabit saxlanması və başqa məsələlər, bizim özümüzdən asılı deyildir. Öz ərazimizdə əmələ gələn suyun həcmi 10.6 kub kilometrə bərabərdir. Ona görə həm tranzit çaylar, həm də yerli su mənbələrinin öz ərazimizdə qorunması, onlardan səmərəli, qənaətlə, itkisiz istifadə olunması, bütün bölgələrdə diqqət mərkəzində olmalıdır.
Azərbaycanın su mənbələri-çaylar, göllər, bulaqlar, bataqlıqlar, daimi buzlaqlar, yeraltı sular hesab olunur. Sularımız barədə ətraflı məlumat almaq və onların ekoloji vəziyyəti ilə tanış olmaq üçün, başlıca mənbələri ayrıca səciyyələndirmək lazımdır.
Çaylar - Azərbaycan Respublikası ərazisində 8359 çay vardır ki, onlardan 8200 çay çox kiçikdir (uzunluqları 25 km-dən artıq deyildir). Uzunluğu 50-100 km-ə bərabər olan 40, 50, 100 km-ə çatan 22 çay qeyd olunur (Rüstəmov, 1987; Əliyev, 2001). 2 ən böyük çayın isə uzunluğu 500 km-dən çoxdur (Kür və Araz çayları). Kür və Araz çayları başlıca mənbələrdir, ona görə birinci növbədə onların vəziyyəti ilə tanış olaq.
Kür çayı – Azərbaycanın başlıca su ehtiyatı Kür hövzəsi hesabına əldə edilir. Başqa sözlə desək, bütün çaylara aid suların 87%-i Kür hövzəsinə məxsusdur. Azərbaycanın bütün sahələr üzrə inkişafında, yəni suya tələbatının ödənilməsində Kür-Araz çaylarının rolu olduqca böyükdür. Səciyyəvidir ki, regionda ən böyük çay sayılan Kür çayı hövzəsi, 188 min kvadrat kilometrə bərabərdir və SSRİ dövlətin ərazisi ilə əlaqədardır. Belə ki, ümumi hövzənin 40 min km2-i Türkiyə Respublikasına, 52 min km2-i, Azərbaycana, 36.4 min km2-i Gürcüstana və 28.8 min km2-i Ermənistana aiddir. Bununla belə, Azərbaycandan başqa göstərilən 4 ölkənin heç birində Kür çayı əsas və başlıca alternativsiz su mənbəyi sayılmır. Azərbaycan üçün isə Kür çayı və onun hövzəsinə aid mənbələr taleyönümlüdür. Ona görə, Kür çayı hövzəsinə aid ölkələrin heç birində Azərbaycanda olduğu kimi mahnılar, şeirlər, bayatılar qoşulmamış, roman-povestlər yazılmamış, filmlər çəkilməmişdir.
Yuxarıda sularımızın tədqiq olunması məsələsinə toxunulmamışdır. Bununla belə, qeyd etmək lazımdır ki, Kür çayının mikrobiologiyası, sanitar-hidrobiologiyası, hidrokimyası, toksikologiyası, trofikası, ekologiyası və başqa məsələlər, 1956-cı ilin iyunundan indiyə kimi (60 il məsafələr, illər, fəsillər üzrə Azərbaycanda, Gürcüstanda və Türkiyədə, ilk bulaq-qaynaqlardan başlamış, Xəzər dənizinə qarışana kimi müfəssəl - əsl monitorinq yönümdə tədqiq edilmişdir (Salmanov, 1960; 1962; 1968; 1971;1975; 1981; 1996; 2000; 2005; 2009; 2014).
Biosferdə və insan orqanizmində olan bir neçə kimyəvi elementin faizi
|
|||
Element
|
Atom nömrəsi |
Biosfer |
İnsan orqanizmi |
Hidrogen |
1 |
0.95 |
9.31 |
Karbon |
6 |
0.18 |
19.37 |
Azot |
7 |
0.03 |
5.14 |
Oksigen |
8 |
50.2 |
62.81 |
Flor |
9 |
0.10 |
0.009 |
Natrium |
11 |
2.36 |
0.26 |
Maqnezium |
12 |
2.08 |
0.04 |
Alüminium |
13 |
7.30 |
0.001 |
Fosfor |
15 |
0.11 |
0.64 |
Kükürd |
16 |
0.11 |
0.63 |
Xlor |
17 |
0.2 |
0.18 |
Kalium |
19 |
2.28 |
0.22 |
Kalsium |
20 |
3.22 |
1.38 |
Dəmir |
26 |
4.18 |
0.005 |
Müşahidələr üçün Azərbaycanda Kür məcrasında 24, Gürcüstanda 12, Türkiyədə isə 16 seçilmiş, minlərlə nümunələr toplanıb analizlər aparılmışdır. Bundan başqa, Mingəçevir, Varvara və Şəmkir su anbarlarında ayrıca fundamental tədqiqatlar aparılmışdır. Kür çayında göstərilən həcmdə, zaman-məkan baxımından, əhatə dairəsi və davametmə tərzinə görə başa çatdırılan tədqiqatların analoqu yoxdur.
Ümumi axarı 1515 km-ə bərabər olan Kür çayı 3 hissəyə bölünür: ilk mənbəə başlanğıcdan (Türkiyə) Borjom dərəsinə kimi (Gürcüstan) Yuxarı Kür, Mingəçevir SES-in bəndinə kimi olan sahə - Orta Kür, Xəzərə qarışana qədər olan axar - Aşağı Kür adlanır. 31 – Kür çayının ümumi axarının 234 km-i Türkiyə ərazisinə, 381 km-i Gürcüstan və 900 km-i isə Azərbaycan ərazisinə aiddir.
Yuxarı Kürün Türkiyə ərazisinə aid hövzəsi, ekoloji baxımdan sabit və təmiz vəziyyətdədir. Xüsusilə, 2006-cı ilin yayında (birinci dəfə olaraq), Kür çayı hövzəsinin Türkiyə ərazisində başa çatdırılan mikrobioloji, hidrokimyəvi tədqiqatların nəticələrindən məlum olmuşdur ki, Kür çayını yaradan yüzlərlə bulaq-qaynaqlarının sularını toplayaraq, Gölə-Ardahan yaylalarında ümumi məcraya yönələn qollar təmizdir. Maraqlıdır ki, Türkiyənin şimal-şərqində yüksək dağlar, qarlı zirvələr, dərin dərələr, müxtəlif miqyaslı yaylalar-vadilərdə formalaşan iri axar-dərələrin hər biri Gölə-Ardahana kimi müxtəlif yer, köy (kənd), körpü, dağ adları ilə tanınır. Suların təmiz saxlanması birinci növbədə ərazinin coğrafi vəziyyəti ilə əlaqədardır. Belə ki, kəskin kontinental iqlim şəraiti ilə səciyyələnən dağlıq ərazi də iri yaşayış məntəqələri, sənaye sahələri çox azdır (demək olar ki, yoxdur). Məsələn, hövzədə ən böyük inzibati bölgə mərkəzi Ardahan şəhərində 27 min, Posofda 23 min əhali yaşayır və “sənaye” sahələri-heyvandarlıq məhsulu, süd emalıdır.
Hal-hazırda fəaliyyət göstərən astanalı su anbarlarının axırıncısı (axın boyu), Varvara su anbarıdır. Bir-biri ilə yerləşmə məsafəsinə görə ən qısa məsafə, Mingəçevirlə Varvara su anbarları arasındadır. Varvara su anbarı, demək olar ki, Mingəçevir SES-in aşağı hissəsindən başlanır (bu da Aşağı Kürün əvvəli hesab olunur). Ona görə, hər iki su anbarında olan sular, fiziki-kimyəvi xassə-keyfiyyətlərinə görə çox oxşar vəziyyətdədirlər. Lakin ilk anlardan Mingəçevir şəhərinin çirkabını qəbul edən Varvara su anbarının sahili – “göl” adlanan, geniş sahəli dayaz akvatoriyada, sularda ali bitkilər və bakterioloji intensiv inkişaf edir. Çirkabla il boyu sulara qarışan alloxton üzvi maddələr, biogen elementlər və başqa maddələr, ilk növbədə su anbarının “göl” hissəsində mineralizə edilir, Kür çayının məcra hissəsi ilə zəif su mübadiləsi getdiyindən, burada suda anaerobioz hadisəsi yaranır, yuxa ribyefdən, nisbətən təmiz gələn sulara tədricən qarışaraq, Varvara SES-in turbinlərindən Kür çayı məcrasına axıdılır. Beləliklə aydın olur ki, Kür çayı üzərində yaradılan 4 astanalı su anbarlarında, sular bərk çöküntülərdən azad olub şəffaflaşır, bu da başqa abiotik faktorların bakterioplanktona müsbət təsirinə zəmin yaradır və hövzələrdə antropogenevtroflaşma gedir.
Araz çayı da Kür çayı kimi öz başlanğıcını Türkiyənin Bingöl yaylasından götürür. Bir növ dağlıq, dağətəyi və geniş sahəli yaylalarda formalaşan Araz çayının ümumi hövzəsi 102 min km2-ə, axan 1072 km-ə bərabərdir. Türkiyə ərazisində 357 km axarı olan Araz çayı, ekoloji baxımdan bir növ sabit vəziyyətdədir.
İlk dəfə Araz çayının Türkiyə Respublikasına aid hissəsində mikrobioloji tədqiqatlar 2005-ci ilin payızında aparılmışdır.