Qubadlı şəhəri işğaldan azad edildikdən dərhal sonra sürətli bərpa və yenidənqurma işlərinə başlanılıb

Qubadlı şəhəri işğaldan azad edildikdən dərhal sonra sürətli bərpa və yenidənqurma işlərinə başlanılıb

Tutu Həmzəyeva 

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 318 nömrəli tam orta məktəbin direktor müavini

Qubadlı əməliyyatı Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Qırx dörd günlük Vətən müharibəsi Azərbaycanın tarixində ən şərəfli səhifələr kimi əbədi qalacaq. Çünki məhz bu müharibədə əldə etdiyi tarixi Qələbə ilə müzəffər Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 25 oktyabr 2020-ci il tarixində, Qubadlı rayonunun işğalçılardan azad etdiyini bildirdi: “Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”. Dövlət başçısı Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15 mindən çox hərbi qulluqçusunu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif etdi.

Rəsmi İrəvanın qanunsuz məskunlaşma siyasəti Qubadlıdan da yan keçməmişdir. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Cenevrə Konvensiyalarına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan dövlət cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıq kəndində qəsəbə salınmışdı.

Qubadlı uğrunda döyüşlər Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda atılan uğurlu addımlardan biri kimi dəyərləndirilir. Qubadlı şəhəri işğaldan azad edildikdən dərhal sonra sürətli bərpa və yenidənqurma işlərinə başlanılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, Qubadlı da bu inkişafdan geri qalmır".

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri:

23.12.2020:

Qubadlıda Azərbaycan bayrağının ucaldılması.

25.10.2021:

Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimi;

“Qubadlı” yarımstansiyasının açılış mərasimi;

Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışı;

Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüş.

19.10.2022:

“Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanışlıq;

“Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi

04.05.2023:

Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimləri.

Bu gün işğaldan azad edilmiş ərazilərdə görülən bütün işlər yalnız bir məqsəd naminə – keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına, dədə-baba yurdlarına qayıda bilmələri üçün həyata keçirilir. 

Rayonun ümumi torpaq fondu 79.812 hektardır və əsasən qəhvəyi dağ-meşə torpaqlarından ibarətdir. Bu torpaq fondunun bir hissəsi, işğaldan əvvəl, 14956 hektarı əkin, 850 hektarı çoxillik bitkilər, 631 hektarı biçənək və 17192 hektarı örüş-otlaq sahələri üçün istifadə edilmişdir. 

19 oktyabr 2022-ci il tarixində Prezident İlham Əliyevin azad olunmuş Qubadlıya səfəri zamanı “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olub və “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub. 

“Zabuxçay” və “Bərgüşadçay” su anbarları: Prezident bu su anbarlarının layihələri ilə tanış olub. 

Yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi: “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisinə başlanılıb. 

Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Rayonun əhalisi məcburi köçkün düşmüşdür. Qubadlı rayonu və onun kəndlərinin böyük bir hissəsi 2020-ci il oktyabrın 25-də İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Qubadlı - Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20,0 (iyirmi) milyon manat ayrılıb.

04.05.2023-cü il tarixli səfərdə Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimləri oldu. Böyük Qayıdış konsepsiyasına uyğun olaraq proqram xarakterli işlər, qısa zamanda, qubadlıların da öz ata-baba yurdlarına elliklə geri dönərək burada əbədi-xoşbəxt yaşayacağına zəmin yaradır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya mütəmadi səfərləri bu rayonun ölkə başçısının diqqətində olmasının təzahürüdür. Gələcəkdə iqtisadi inkişafa nail olunması və düzgün planlaşdırma aparılması Möhtərəm Prezidentimizin  xüsusi diqqətindədir. Bütün bunlar bir daha göstərir ki, işğaldan azad edilmiş digər ərazilər kimi Qubadlı da tezliklə cənnətə çevriləcək.