Qubadlı rayonu öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur

Qubadlı rayonu öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur

Ceyran Novruzova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədri

Suraxanı rayonu 114 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim

Qubadlı rayonu Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi, qəhrəman əsgərlərimizin şücaəti və xalqımızın dəstəyi sayəsində 25 oktyabr 2020-ci il tarixidə erməni işğalından azad edilmişdir və biz bu gün bu tarixi hadisəni böyük bir fəxr hissi ilə qeyd edirik. Torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizi qürurla yad edirik. Hərb tarixinə qızıl hərflərlə yazılan  böyük qələbəyə, Şanlı Zəfərə görə Ali Baş Komandana, müzəffər Azərbaycan ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdarıq.

İşğal dönəmində beynəlxalq humanitar hüquq prinsiplərini  pozan düşmən nə qədər məskunlaşmağa can atsa da “Dəmir Yumruq” sayəsində onlar bu torpaqdan qovuldular.  Qubadlı şəhəri və 41 kəndi 44 günlük Vətən müharibəsində  düşməndən azad edilərək Azərbaycanın nəzarətinə keçmişdir, yerdə qalan 52 kənd isə 10 noyabrda imzalanan Üçtərəfli Bəyənata əsasən rus sülhməramlıları tərəfindən erməni silahlı birləşmələrindən təmizlənmiş, Qubadlı rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, ərazi bütövlüyü bərpa edilmişdir. 

Vətənimizin hər qarışı  bizim üçün əziz və doğmadır.  Azərbaycan xalqı var olduqca, tarix yaşadıqca, qanları ilə dastan yazan şəhidlərimiz öz igidliyi və mərdliyi ilə qəlblərdə əbədi yaşayacaqlar. Bu gün Azərbaycan  öz gözəlliyi ilə göz oxşayır, Qubadlı rayonu, Şərqi Zəngəzur öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur.

Cənab Prezident hər səfərində bu rayonun möhtəşəmliyinə bir töhfə bəxş etmişdir, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü Qubadlını xüsusi diqqətdə saxladığını və buradakı infrostrukturların inkişafına dəstəyinin ifadəsidir. Bu gün Qubadlıda əməli-praktiki işlər aparılır, yollar (Xanlıq -Qubadlı yolu, Xudafərin Laçın yolu, Qubadlı Xunzirək avtomobil yolu) çəkilir, bu yollar cənab İlham Əliyev tərəfindən ərazinin yenidən qurulması çərçivəsində həyata keçirilir.

Yeni yarımstansiyaların tikilməsi Qubadlının Azərbaycanın ümumi enerji sisteminə qoşulması Dövlət Sərhəd Xidmətinin yeni bir hissə kompleksi, yeni yaşayış binalarının tikilməsi rayonun potensial inkişafı üçün çox önəmlidir, burada artıq yeddi yarımstansiya tikilib. Dövlət başçımızın bu tədbirləri eyni vaxtda qısa zamanda həyata keçirməsi möhtəşəm hadisədir.

Qubadlı tezliklə abadlaşıb öz akinlərinə qucaq açacaq. Qubadlının firavan, abad gələcəyini, qanları, canları bahasına qazanan Şükür Həmidov, Əliyar Əliyev kimi qəhrəmanların ruhları şaddır.

Bu gün Prezidentimizin hər bir imzası xoşbəxt gələcəyimizin təminatıdır. Ölkəmizin yenilənməsi, müasirləşməsi, aparılan islahatlar uğurlu inkişaf dinamikası ilə irəliləməkdədir.