Şəhid Ruslan Rəcəbov şəhadətinin 6-cı ildönümündə ehtiramla yad edilib
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Elmar Hüseynov, şəhid ailələri və rayon ictimayyətinin nümayəndələri Hövsan qəsəbəsinin şəhidi, “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş miçman Ruslan Rəcəb oğlu Rəcəbovun şəhadətinin altıncı ildönümü münasibətilə II Fəxri Xiyabandakı məzarını ziyarət edərək xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına dərin minnətdarlığını bildirib.