Qoşulmama Hərəkatına sədrliyimizin uzadılması böyük hörmət və fəaliyyətimizə verilən qiymətin təzahürüdür
Nizaməddin Ağcayev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin direktoru
İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı öz işini yekunlaşdırıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kinfransda iştirak edib. Dövlət başçısı konfransda çıxış edib. Qonaqları salamlayaraq bu fikirləri səsləndirmişdir: “ Bu gün zənnimcə Qoşulmama Hərəkatının tarixində vacib bir tədbir keçirilir. Burada—Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradırıq. Həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım olan Azərbaycanın bu təşəbbüsünü dəstəklədiyinə görə Qoşulmama Hərəkatına üzv olan dövlətlərə minnətdarlığımı bildirirəm. Azərbaycan Parlamentinin 8 il ərzində sabiq bir üzvü olaraq, sizin sabiq həmkarınız olaraq mən parlament diplomatiyasının və parlamentlərarası münasibətlərin necə əhəmiyyət kəsb etdiyini yaxşı bilirəm. Əminəm ki, parlament şəbəkəmiz təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq”
Ümumiyyətlə, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təşkilatdır. Bu təşkilatda qurulan yalnız parlament şəbəkəsi deyil, digər vacib bir təşəbbüs gənclər şəbəkəsidir. Növbəti ay Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammitinin keçirilməsi nəzərdə tutulub. Azərbaycanın irəli sürdüyü digər təşəbbüslərdən biridə Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. Bütün bu görülən tədbirlər institusional inkişaf istiqamətində daha çox addımların atılması üçün düzgün zamandır və bu da öz növbəsində bizə beynəlxalq arenada maraqlarımızı qorumağa və ölkələrimiz arasında həmrəyliyin gücləndirilməsinə kömək edəcək.
Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür. 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulduq və fəaliyyətimizin ilk günlərindən bəri həmrəylik, qarşılıqlı dəstək və Banduq prinsiplərinin inkişafına öz töhfəmizi verməyə çalışmışıq. 120 ölkənin yekdil dəstəyi 2016-cı ildə nümayiş etdirilmiş və 2019-cu ildə Bakıda biz Qoşulmama Hərəkatının Zirvə toplantısını təşkil edərək müvəffəqiyyətlə keçirdik və 2019-2022-ci ilə qədər sədrliyi üzərimizə götürdük.
Qoşulmama Hərəkatına sədrliyimiz yenə də 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi uzadılmasını ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsinin əlamətidir. Qoşulmama Hərəkatında sədrliyimiz COVİD-19 ilə üst-ütdə düşdü və Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri idi. Pandemiya dövründə 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı təmin etmişik. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə edilməsi və bu vəsaitin yarısının Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılması bu çətin zamanda hər bir ölkənin yanında olduğumuza birbaşa işarədir. Azərbaycan həmişə regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirir və Qoşulmama Hərəkatının sədri olaraq biz ədalətsizliyə,beynəlxalq hüqunun pozulmasına, ayrıseçkiliyə qarşı daim mübarizə aparmağa davam edəcəyik.
Ermənistan tərəfindən təqribən 30 illik işğaldan sonra torpaqlarımız azad edilməsi zamanı ölkəmizin yaşadığı ən çətin dövrə təsadüf etdi. Biz öz torpaqlarımızı düşməndən azad etməyə çalışırdıq, savaşırdıq, beynəlxalq hüququ bərpa etməyə çalışırdıq. Lakin bəzi ölkələr bizə qarşı qarayaxma, şantaj, böhtan kampaniyasına başladılar. Bizim bu haqq işimizi BMT onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi və həmin çətin zamanda Qoşulmama Hərəkatında üzv olan dostlarımız anti-Azərbaycan siyasətinin qarşısını aldılar. ATƏT 1992-ci ildə Minsk qrupunu bu münaqişənin həlli yolunu tapması üçün təsis etdi,lakin Minsk qrupu bu münaqişənin bitməsi üçün heç bir irəliləyiş tədbirləri görmürdü. Qoşulmama Hərəkatına üzv dövlətlər məhz ədalətin tərəfdarı olduqlarını bu 44 günlük Vətən müharibəsində yalnız kağız üstündə deyil, haqq səsimizi çatdırmaqla göstərdilər.