Prezident cənab İlham Əliyev Laçın şəhəri azad edildikdən dərhal sonra onun inkişafı ilə bağlı vacib qərarlar verdi
Ceyran Novruzova.
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu114 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim
Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi diplomatik qələbəsidir. Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020 ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi . "Azərbaycan Respulikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" üzrə Laçın rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulmuş və bu gün bütün bunlar Prezident cənab İlham Əliyevin güclü dövlətçilik siyasəti nəticəsində həyata keçirilməkdədir.
Ötən ilin avqust ayında Prezident İlham Əliyev Laçında Azərbaycan bayrağını ucaldarkən demişdir: “Ümid edirəm ki, laçınlıların birinci qrupu Laçına gələn ilin sonuna qədər qayıda biləcəklər. Mən buna ümid edirəm və əlimdən gələni edəcəyəm ki, biz buna nail olaq, tezliklə Laçın şəhərini bərpa edək.”
Prezident cənab İlham Əliyev Laçın şəhəri azad edildikdən dərhal sonra onun inkişafı ilə bağlı vacib qərarlar verdi və bu gün Laçın öz doğma sakinlərini qarşıladı. Uzun fasilədən sonra onlar öz yurdlarına qayıtdılar. Müstəqillik günündə dövlət başçısının Laçına səfəri, əhalinin öz doğma torpaqlarına qayıtması ikiqat bayrama çevrildi. Bu, laçınlılar üçün önəmli bir hadisə idi. 1992-ci ilin may ayında Laçın işğal altına düşmüşdü və may ayında laçınlılar öz doğma torpaqlarına qayıtdılar. Çıxışı zamanı cənab İlham Əliyev Laçınlıları bu münasibətlə təbrik etdi.
Torpaqdan pay olmaz, deyib atalarımız. II Qarabağ müharibəsi bizim əbədi qürür mənbəyimizdir. Bundan sonra zəfər bizimlə olacaq və gənc nəsil zəfər qüruru ilə yaşayacaqdır. Biz artıq iqtisadiyyatımızı gücləndirmişik və bu gün heç kimdən asılı deyilik və dünya miqyasında nadir ölkələrdənik ki, iqtisadi cəhətdən tam müstəqilik ,siyasi gücümüzü artırmışıq. Azərbaycan siyasi aləmdə öz yerini tutmaqdadır. Bu gün bizim güclü ordumuz var və gözəl gənc nəsil yetişdiririk. Milli ruhda böyüyən gənclər torpaqlarımızı azad etdi. Onların qəhrəmanlığını heç vaxt unutmayacağıq. Biz ərazi bütövlüyümüzü bərpa etdik.
Cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi yenidən qurulub, şəhərin baş planı hazırlanıb. İndi laçınlıların doğma torpaqlarında yaşaması üçün lazımi şərait yaradılır. Laçında indiyədək bir sıra infrastruktur layihələri icra olunub yeni çoxmənzilli evlər tikilib, parklar salınıb, yollar relyefə uyğun olaraq genişləndirilib. Bu gün Laçın şəhərinin siması müstəqilliyimizin nə qədər güclü olmasında xəbər verir.
23 aprel tarixində Azərbaycan-Ermənistan sərhəddində sərhəd buraxılış məntəqələrini qoyaraq yeni bir reallığı yaratdıq. Prezident Laçında çıxışı ilə Qarabağ Azərbaycandır və nida şüarını bir daha təsdiqləşmiş oldu. Artıq qürürla söyləmək olar ki, Azərbaycan danışıqlar masasında və sərhəddə güclü mövqeyə sahib olan dövlətdir.
Biz qurub yaradan xalqıq, Laçın hər zaman bizim tarixi torpağımız olub. Bir zamanlar bizim hakimiyyətsizliyimizdən istifadə edən düşmən bu yerləri zəbt etmiş və qanunsuz məskunlaşma aparmış və hərbi konvensiyalara zidd cinayət törətmişlər. Bu, bir cinayətdir və dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir. Laçın rayonunun azad edilməsi tarixi hadisədir. Baş Komandan iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu. Yeni hərbi, siyasi reallıq yaratdı. Qarabağ bölgəsi nəinki Azərbaycanın, eləcə də bütün dünyanın ən gözəl bölgələrinə çevriləcəkdir. Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaqdır.