Mətanət Əliyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 327 nömrəli tam orta məktəbin müəllimi
“Biz nəyi, nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün də bizim əməliyyatlarımız artıq böyük nəticələrə gətirib çıxarır və nəyi, necə, nə vaxt etmək lazımdır bunu mən bilirəm” deyən cənab Prezidentin xalqa müraciətlərini dinləyən təhliletmə qabiliyyəti olan hər bir Azərbaycan vətəndaşının ölkə baçısının çıxışlarında vətənimizin dirçəlişi naminə növbəti uğurlu addımlarının olacağını müəyyən etməsi çətin deyil.
Bakı artıq dünyada sülh mərkəzinə çevrilib. Qoşulmama Hərakatı Parlament Şəbəkəsinin Bakı Konfransı 2-ci iş gününü başa vurub. Bu təşkilat yer kürəsinin əhalisinin yarısını təşkil edir.
Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı (QH) hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır.
Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi üzvlərin yekdil həmrəyliyi ilə baş verdi. 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlamətidir. Azərbaycan Respublikası özünün ən şərəfli, məsuliyyətli və tarixi dövrünü yaşayır. Bu dəyişən dünyada super dövlətlər əhatəsində olan gənc Azərbaycan dövləti müstəqil, suveren yaşamanın formulasını araşdırır, axtarır. Belə bir mürəkkəb zamanda yeni ictimai-siyasi baxış və islahatların keçirilməsi zərurəti yaranır. Proses davamlı, dayanıqlı və Azərbaycanın maraqlarına uyğun olmalıdır. Ölkə başçısının irəli sürdüyü və həyata keçirdiyi davamlı inkişaf konsepsiyası dövlətimizin və xalqımızın tərəqqisinə, onun parlaq gələcəyinə hesablanmışdır. Prezident İlham Əliyev öz fəaliyyəti ilə həm partiya sədri, həm Prezident, həm də Ali Baş Komandan kimi hər bir vətəndaşımızın maraqlarını müdafiə etmiş, hər bir azərbaycanlının Prezidenti olduğunu dəfələrlə sübuta yetirmişdir. O, Ümummilli lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirir. Bunun nəticəsində Azərbaycan müstəqil dövlət olaraq daha da güclənir, dünya miqyasında söz sahibi olan dövlətə çevrilir.
Qoşulmama Hərəkatında təmsil olunan ölkələr anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular.
Bir məsələni də unutmaq olmaz ki, keçən dövr elə də asan olmayıb. Azərbaycanı hər zaman daxildən parçalamaq, onu inkişafdan geri salmaq, ən əsası isə Qarabağın işğalı ilə barışmağa məcbur etmək kimi çətinliklərə və təhlükələrə baxmayaraq, Prezident İlham Əliyev bütün bu problemləri həll etməyi bacardı. Bu isə böyük siyasi məharət, iradə, qətiyyət tələb edirdi. Azərbaycan bu illər ərzində özünü müstəqil dövlət kimi təsdiq edə bildi. İldən-ilə biz ölkə başçısının həm daxili, həm də xarici siyasətində əldə etdiyi nailiyyətləri görürük. Bunu həm də dünya görür. Baxmayaraq ki, Azərbaycan kiçik bir ölkədir, lakin Prezident İlham Əliyevin siyasi müdrikliyi nəticəsində hazırda bütün maraqların kəsişdiyi coğrafi məkana çevrilir. Bu gün əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Azərbaycanın rəhbəri Cənubi Qafqazda yeni siyasi və iqtisadi vəziyyət yarada bildi və bu, dünya dövlətləri tərəfindən də qəbul edilir. Prezident İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Biz dövlətimizin başçısının fəaliyyətində bunun əyani təsdiqini görürük. Vahid dövlətçilik siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial, hərbi, idman sahələrində davamlı və dinamik sürətlə inkişaf edir.
Bəli, bu qlobal qütbləşmənin enerji və humanitar böhranların yaşandığı bu dövrdə Ümumimilli liderin siyasi kursunun layiqli və uzaq görən davamçısı möhtərərm Prezidentimiz cənab İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi irəli aparır.Böyük qürur hissi ilə deyə bilərik ki möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti özünün yeni müasir inkişaf dövrünü yaşayır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi bu da ancaq iqtisadi baxımdan güclü olan dövlətin bacara biləcəyi işdir. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə daim dəstək verir və onun arxasınca inamla gedir.