Qlobal Media Forumu Azərbaycanın beynəlxalq münasibətlərdə möveyini daha da gücləndirəcək

Qlobal Media Forumu Azərbaycanın beynəlxalq münasibətlərdə möveyini daha da gücləndirəcək

Əfsanə Əliyeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Azərbaycanı artıq bütün dünya tanınır. Tarixi Zəfərimizdən sonra ölkəmizin nüfuzu daha da yüksəlib, işğaldan azad edilmiş ərazilər, xüsusilə Şuşa şəhəri beynəlxalq təşkilatların tədbirlərinin keçirilməsi məkanına çevrilib.  Azərbaycan mədəniyyət mərkəzi olaraq yenidən dünya ictimaiyyətinə tanıdıldı. Şuşa “ IV Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumu üçün məkanı seçildi. Şuşa rəsmi olaraq Azərbaycanın Mədəniyyət Paytaxtıdır və bizim Qələbəmizin rəmzidir. Şuşa eyni zamanda sülhün rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. – deyə dövlətimizin başçısı bildirib.

Şuşa Qlobal Media Forumunda bir sübut olundu ki, dünyaya nümunə olan Azərbaycan-Türkiyə qardaşlığı regionda təhlükəsizliyin qarantıdır. Prezident İlham Əliyev bu reallığı diqqətə çatdırdı ki, Prezident Rəcəb Tayyib Ərdoğanla şəxsi dostluğu təkcə regionda deyil, dünyada məlum bir faktdır. Bu, regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Türkiyə və Azərbaycan xalqları arasında da münasibətlər, əlbəttə ki, uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulub. Bu, çox gözəl təməldir və ölkələrimiz məhz bu təməl üzərində inkişaf edir, bir-birini dəstəkləyir.

Cənab Prezident öz çıxışında “İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq” fikirləri iki qardaş ölkənin münasibətlərinin gələcəyi barədə aydın təsəvvür yaradır. Şuşa Bəyannaməsi xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir. Bu Bəyannamə qarşımızda yeni üfüqlər açır” deyə bildirmişdir.

Qlobal Media Forumu Azərbaycanın beynəlxalq münasibətlərdə möveyini daha da gücləndirəcək. Azərbaycan rəqabət deyil, əməkdaşlıq məkanıdır. Regionun perspektivlərindən bəhs edən İlham Əliyev  diqqəti Azərbaycanın Ermənistanla münasibətlərdə yeni səhifənin açılması, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi məqsədilə sülh müqaviləsinin imzalanması təklifinə yönəltdi.

Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə bütün səfərləri informasiya müharibəsinin gedişində rol olduğumu bildirib. Düşünürəm ki, Azərbaycan mediası, incəsənət adamları zəfər tarixindən yararlanıb oxuculara möhtəşəm əsərlər, yeni ədəbiyyat nümənələri təqdim edəcəklər. Bu, həm informasiya savaşında, həm də müharibə ədəbiyyatının, filmlərinin yaranmasında yeni mərhələ olacaq.

Azərbaycan hər bir sahədə zəngin ölkədir və dünyanın diqqət mərkəzindədir. Tarixi Zəfərimizdən sonra başlanan bərpa işləri Azərbaycanın dirçəlişinin təqdimatıdır.Tezliklə Böyük Qayıdış proqramının bütövlükdə uğurla başa çatdırılması ilə Azərbaycanın həyatında yeni mərhələ başlayacaq.