YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 89 nömrəli tam orta məktəbin direktoru
Son zamanlarda Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri tərəfindən intensiv olaraq atəşkəsin pozulması, döyüş hazırlığının artırılması gərginliyin güclənməsinə səbəb oldu. Sentyabrın 19- da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyki-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub.Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdır.
Antiterror əməliyyatı zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı.
Azərbaycan Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan melkl əhalini hərbi obyektlərdən kənara durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdır. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib.
Qarabağdakı anti-terror tədbirləri Azərbaycan dövlətinin və xalqının maraqlarına tam uyğundur. Bu tədbirləri gözləmək olardımı? Bəli!Çünki 2020-ci ildən başlayaraq, Ermənistan Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmadı. Qarabağda qeyri-qanuni hərbi birləşmələr, hərbi texnika, qurğu, silah və sursat saxladı. Üstəlik , müxtəlif yollarla əraziyə əlavə vasitələr cəlb etdi. Bunların hamısı ölkəmizin kondtitusyon quruluşuna ziddir, dövlət suverenliyimizə təhdiddir.
Bu gün Qarabağda baş verənlər ilahi ədalətin təntənəsidir. Bir daha bildirmək istərdik ki, ədalət Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində həyata keçirildi. Bu siyasət Qarabağı Azərbaycan edən siyasətdir. Bu siyasət cənnətməkan Qarabağı,sözün əsl mənasında ,Vətən edən siyasətdir.
Yaşasın müstəqil Azərbaycan dövləti!
Var olsun Ümummilli lider Heydər Əliyevin müdrik siyasətini uğurla davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyev!