Qarabağ və Şərqi Zəngəzur hazırda "Yaşıl Enerji" zonaları elan edilib

Qarabağ və Şərqi Zəngəzur hazırda "Yaşıl Enerji" zonaları elan edilib

Samirə Orucova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 280 saylı uşaq bağçası və körpələr evinin müdiri

Müasir Azərbaycanın enerji inkişafı 1994-cü ildən başlayaraq, Xəzər Neft və Qaz Sərgisi ilə bünövrəsini qoymuşdur. Bu proses, enerji təhlükəsizliyini təmin etmiş, mövcud qaz ehtiyatları isə növbəti yüz il ərzində tələbatı ödəməyə kifayət edəcəkdir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın qazı 16 ölkəyə, o cümlədən 10 Avropa İttifaqı ölkəsinə çatdırılır. Bakı Enerji Həftəsi” qlobal enerji mühitində mühüm yer tutur. Azərbaycanın iqtisadi fəaliyyəti müsbətdir, layihələrin bir hissəsi artıq istismar mərhələsindədir. Ehtiyatlar, xarici borcu 18 dəfə üstələyir və Xəzər dənizinin şərq sahillərində tranzit imkanları təqdim edir. Emal sənayesində şaxələndirilmiş imkanlar yaradılmış, Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir. Bu inkişaf Azərbaycanın enerji sektorundakı mövqeyini daha da gücləndirir.

Azərbaycanın bu gün beynəlxalq kürsülərdən öz sözünü qətiyyətlə deməsinin arxasında, şübhəsiz ki, onun hərbi-siyasi və tarixi qələbəsi dayanır. Enerji resurslarından əldə olunan gəlirlər və düzgün dövlət quruculuğu siyasəti nəticəsində biz 30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu qurduq. 2020-ci ildə qazanılan tarixi Zəfər və ərazi bütövlüyümüzün tam bərpası regionda tamamilə yeni reallıqlar yaratdı.

Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda "Yaşıl Enerji" zonaları elan edilib və bu ərazilərdə həyata keçirilən layihələr ölkəmizin ümumi enerji potensialını daha da artırır. Bakı Enerji Həftəsi Azərbaycanın qlobal miqyasda necə böyük bir inkişaf yolu keçdiyini vizual olaraq nümayiş etdirən ən yaxşı güzgüdür.

1994-cü ildə ilk addımlarını atan gənc müstəqil dövlət, bu gün xarici borcunu dəfələrlə üstələyən maliyyə ehtiyatlarına, güclü orduya, şaxələndirilmiş emal sənayesinə və Şərq-Qərb kimi qlobal nəqliyyat-tranzit dəhlizlərinə sahibdir. 16 ölkəyə, o cümlədən 10 Avropa İttifaqı dövlətinə qaz ixrac edən, ən azı növbəti yüz illik ehtiyatı olan və gələcəyin yaşıl enerji kabellərini çəkən Azərbaycan, qlobal enerji təhlükəsizliyinin əvəzedilməz sütunudur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik enerji strategiyası Azərbaycanın beynəlxalq arenadakı mövqelərini gələcəkdə daha da sarsılmaz edəcəkdir.