Xəyyam Nəbiyev
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Bakı şəhəri 270 nömrəli tam orta məktəbin müəllimi
Bu gün dünyanın diqqəti yenidən Yaxın Şərqə - kim bilir neçənci dəfə alovlanan İsrail-Fələstin münaqişəsinə yönəlib. Nədən bu müharibə vaxtaşırı baş qaldırır: insanlar ölür, şəhərlər məhv olur? Səbəb odur ki, iki qonşu xalq, dövlət öz aralarında dil tapa bilmirlər. Heç bir kompromisə getmək istəmir. Praktika göstərir ki, qonşular dil tapa bilməyəndə kənar güclər onların münasibətlərindən yalnız öz məqsədləri üçün istifadə edirlər. Dövlətlərin azad yaşaması, inkişafı məhz qonşularla qurulan münasibətlərdən asılıdır. Bu mənada Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Gürcüstan Respublikasına səfəri xüsusi əhəmiyyət kəsb edir.
Artıq regionumuzda sülh qığılcımları görünməkdədir. Uzaqdan uzağa Fransa kimi güclər hər cəhətlə aranı qarışdırdıqları halda, Türklər iki qonşu- Azərbaycanla Ermənistan arasında sülhün bağlanmasında maraqlıdır. Çünki Gürcüstan özü də erməni seperatçılarından zaman – zaman əziyət çəkib. Heç kimə sirr deyil ki, Ermənistan Gürcüstanın Cavazetiya bölgəsinə də iddialıdır. Əgər onların Qarabağ xülyaları baş tutsaydı növbəti mərhələlərin birində Gürcüstanın üzərinə yeriyəcəkdirlər. Ermənistanın Azərbaycan Respublikasının ərazi bütövlüyünü rəsmən tanıması Gürcüstana da çox şeylər qazandırır.
Azərbaycan Gürcüstan münasibətlərinə gəlincə isə bu dostluğun yaşı çoxdur. Həmin dostluq xüsusən Ulu Öndər Heydər Əliyevin sağlığında yüksək səviyyəyə çatmışdır. Gürcüstanın o zamankı lideri Eduard Şevarnadze ilə Ulu öndərin şəxsi dostluğundan xalqlarımız da yetərincə faydalanmışdır. Xalqlarımız bu yaxşılıqları heç zaman unutmurlar. Gürcüstanın ən çətin vaxtı Rusiya müdaxiləsi zamanı idi. Həmin vaxt hərbi müdaxilədən başqa Rusiya Gürcüstanı həm də qazsız qomuşdu. Bu zaman onun köməyinə Azərbaycan çatdı. Ölkəmiz öz istehlakından kəsib gürcü qonşularımıza mavi yanacaq göndərdi.
Mən sözümə İsrail-Fələstin qarşıdurmasından bəhs etməklə başladım. Elə bu yöndə də bitirmək istəyirəm. Tbilisidə cənab Prezident İlham Əliyev Ermənistanın da razı olacağı təqdirdə bu şəhərdə üçtərəfli görüşün keçirilməsinin mümkünlüyünü qeyd etdi. Bu çox böyük bir mesajdır. Axı Cənubi Qafqaz elə bir regiondur ki, burada dünya güclərinin maraqları toqquşur. Bizim Ümumi Qafqaz evimizə dünyanın o başından kimsə niyə “sülh” gətirməlidir? Bu mesaj hamıdan çox Ermənistana aiddir. Hətta orta səviyyədə təhsil alan şagird də anlayar ki, öz mənasız iddiaları ucbatından ermənilər nə qədər regional lahiyələrdən kənarda qalıblar. İrəlidə isə nə qədər prioritet projelər var. Elə projelər ki hamıya fayda verə bilər. İnanırıq ki, Ermənistan bu mesaja müsbət yanaşacaq. Gürcüstan Azərbaycan dostluğuna qoşulacaq.