Prezidenti qətiyyətli çıxışı, bizi xəyallarımızın gücünə inandırmağı, indiki və gələcək zamanın reallıqlarını ifadə etməsi mühüm istiqamət oldu
Mart ayının 9-da Bakıda öz işinə başlayan və martın 11-nə kimi davan edən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu çox mühüm əhəmiyyətə malik olan beynəlxalq tədbirdir. Forum Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında bu məqama xüsusi diqqət yönəltdi ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur.
Tədbirdə 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edib. Bu faktor mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi də özünü əyani şəkildə təsdiqləyib. X Bakı Qlobal Forumunun keçirilməsi bir daha dünyanın diqqətini ölkəmizə yönəltdi. Dövlət və hökumət başçılarının, dünyanın nüfuzlu ictimai və siyasi xadimlərinin iştirak etdiyi tədbirdə beynəlxalq aləmdə mövcud olan problemlər və qarşıda dayanan çağırışlar müzakirə olunub.
Bütün əldə olunan bu diplomatik və siyasi uğurların əsasını isə ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası təşkil edir. Məhz ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafın və tərəqqisinin əsasını təşkil edir.
Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli çıxışı, bizi xəyallarımızın gücünə inandırmağı, indiki və gələcək zamanın reallıqlarını ifadə etməsi mühüm istiqamət oldu. Sülhə doğru, qorxudan təhlükəsizliyə doğru, milli təhlükəsizlikdən insan təhlükəsizliyinə doğru irəliləyə biləcəyimizi təmin etmək üçün aydın mesajlar verildi. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Qarabağ münaqişəsinin həllinə 26 il ərzində BMT, ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar tərəfindən cəhd göstərilsə də, heç bir nəticə əldə olunmadı. Lakin Azərbaycan 44 günlük Vətən müharibəsində işğal altındakı torpaqları öz imkanı və gücü ilə azad etdi.
Prezident cənab İlham Əliyev Münxen Təhlükəsizlik Konfransından sonra Ermənistanla münasibətlərə və yekun sülh müqaviləsinə dair ən əhəmiyyətli bəyanatlarını məhz X Qlobal Bakı Forumunda verdi. Forum iştirakçıları beynəlxalq ictimai rəyə ciddi təsir edən siyasət və dövlət adamlarıdırlar. Bu, olduqca effektiv vasitədir. Təbii ki, forumun proqramına müharibələrin də müzakirəsi daxildir. Cənab Prezident İlham Əliyev də Forumun açılışındakı çıxışında xüsusilə müharibələrlə bağlı danışdı. Əlbətdə ki, əgər beynəlxalq bir konfransda müzakirə mövzusu müharibələrdirsə, biz də öz təcrübəmizi və dünya ictimaiyyətini daima yanlış yönəltməyə çalışan Ermənistan hakimiyyətinin əsl üzünü paylaşmalıyıq.
Bu gün dünyada olduqca vacib qlobal problemlərin yaranmasının başlıca səbəbi elə beynəlxalq təşkilatların qarşısını ala bilmədiyi müharibələrdir. Təbii hadisələrlə yanaşı, müharibələr də dünyada qıtlığa və ciddi iqtisadi itkilərə gətirib çıxardır. Azərbaycan müharibə istəmir, sülhün tərəfdarıdır. Dövlətimizin başçısı bu mövqeyini bir daha mötəbər tədbirdə bəyan etdi. Dövlətimiz bundan sonra da sülh və əməkdaşlığa əsaslanan siyasətini bütün beynəlxalq platformalarda təqdim edəcək.
Prezident cənab İlham Əliyevin dediyi kimi Azərbaycan onsuzda regionun lider dövlətidir. Biz onsuzda kommunikasiyaların istifadəyə verilməsini təmin edəcəyik. Burda kiminsə mənfi fikiri bizə maraqlı deyil. Biz beynəlxalq hüquq çərçivəsində bunu edəcəyik.
Biz Azərbaycan xalqı olaraq hər birimiz Ali baş komandanın iradəsinə və gücünə inanırıq.