Laçın-Xankəndi yolunda mətanətin, əzmin və milli iradənin yeni dastanı yazılır

Laçın-Xankəndi yolunda mətanətin, əzmin və milli iradənin yeni dastanı yazılır

Ənvər Haqverdiyev 

Siyasi şərhçi, ictimai fəal

Əslində, son günlər baş verən hadisələrə gərək qalmaya bilərdi, əgər Ermənistan öz məsuliyyətini dərindən dərk edib 3 ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarını yerinə yetirsə idi. Ən məntiqli yanaşma onda olardı ki, ümumiyyətlə Ermənistan Sovetlər Birliyi dağıldıqdan sonra işğalçılıq siyasəti yürütməzdi və nəticədə regionumuz bu qədər vaxt itirməmiş olardı. Axı 30 illik müharibə hər iki ölkəyə mənasız vaxt, iqtisadi resurs və insan itkisi olaraq geri dönmüşdür. İndi isə müharibə bitib və imzalanmış bəyanatın müddəalarını yerinə yetirməmək və sülh prosesini uzatmaq əslində bütün insanlıq üçün böyük faciədir.

Laçın-Xankəndi yolunun Şuşa rayonu ərazisindən keçən hissəsində bir neçə gündür sülhsevər aksiyanın təbii formada baş tutması xalqın öz milli sərvətlərinə olan diqqətini və onların mühafizəsində rolunu ehtiva edən amildir. Laçın-Xankəndi yolunda təşkil olunmuş etiraz aksiyasına əslində, Qarabağda yaşayan erməni seperatçılar və Rus sülhməramlılar səbəb olmuşdur. Azərbaycan xalqının səbri sonsuz deyildir. Müstəqil və demokratik cəmiyyət olan Azərbaycan öz sözünü azad ifadə etmək qabiliyyətinə malikdir. Milli sərvətlərimizin oğru, qaçqın Vardanyan, qanunsuz rejimin dırnaqarası rəhbəri Arayiklə birgə oğurlanmasına və rus sülhməramlıların buna göz yumasına nə dövlətimiz, nə ordumuz, nə xalqımız susmazdı və susmur da...

Laçın dəhlizinin son aylarda, yeni yolun istifadəyə verilməsi ilə Laçın-Xankəndi yoluna çevirilməsi də tarixi hadisədir. Mən şəxsən bu aksiyanın iştirakçısı kimi deyə bilərəm ki, azərbaycanlı aktivistlər vəziyyətə tam nəzarət edirlər. Əlbəttə, humanitar məqsədli bütün maşınların keçməkdədir. İddia olunduğu kimi yolu biz yox, məhz rus sülhməramlılar bağlamışdır. Öz gözlərimlə şahid oldum ki, humanitar məqsədli bütün maşınlar və sivil insanlar yoldan rahatlıqla keçir. Aksiya meydanında böyük bir mədəniyyət, tolerantlıq və sülhsevərlik hökm sürməkdədir. Bir neçə Qeyri Hökümət Təşkilatının öncülüyündə başlamış aksiya indi ümumxalq tədbirinə çevrilmişdir. Ölkənin bütün rayon və şəhərlərindən insanlar oraya axışır. Laçın-Xankəndi yolunda mətanətin, əzmin və milli iradənin yeni dastanı yazılır.

Qəribə hal ondan ibarətdir ki, dünyaya demokratik dəyərləri ixrac etdiklərini iddia edən dövlətlərin özləri sanki dünya əhalisi ilə zarafat edirlər. Necə olur ki, müxalifətin bir neçə üzvü Bakının mərkəzində, hansısa dövlət orqanın qarşısında mitinq edərsə, bu fundamental hüquqların təmin olunması kimi qəbul edilir. Lakin Xankəndinin girişində xalq öz torpağı, öz sərvəti, öz ərazi bütövlüyü uğrunda mübarizə aparanda isə dırnaqarası demokratlar bundan narahat olurlar? Hanı bəs məntiqli və ədalətli yanaşma? Biz artıq güclünün qalib və ədalətli olduğu dünya ilə tanışıq. Ona görə də qətiyyən heç kimdən heçnə gözləmirik. Yetər ki, fundamental hüquqlarımızın təmin olunmasına maneə olmasınlar. Belə olacağı təqdirdə isə müzəffər xalq özünə yaraşan təpkisini ifadə edəcəkdir.

Ötən 25 ayı təhlil edərkən ilk addımlarından görürük ki, Rusiya sülhməramlı qüvvələri bölgədə ikili standartlarla fəaliyyət göstərirlər. Unudurlar ki, onların məramı və məqsədi regionda birləşdirici olmalıdır. Onlar sərhəd xidməti fəaliyyəti həyata keçirmirlər. Azərbaycanın daxilində hər hansı bir buraxlış məntəqəsinə nə ehtiyac var? Niyə iki il ərzində bir dəfə də olsun erməni vətəndaşlarımızın Azərbaycanın digər bölgələrinə və yaxud azərbaycanlı vətəndaşların Xankəndi və ətraf ərazilərinə səfərləri təşkil olunmayıb? Niyə sülhü qorumalı olan sülhməramlılar ictimai diplomatiyanı təmin etməyiblər? Əgər dialoq, görüş, fiziki təmas yoxdursa onda sülhməramlılar kimi, kimdən və necə qoruyurlar?

Ucsuz-bucaqsız, insansız torpaqları bir kənarda qalan Rusiya sülhməramlı qüvvələri Qarabağda, məsuliyyət zonalarında hərbi formaları ilə bağça, məktəb, su anbarı tikintisində fəhlə işləyirlər. Görünür erməni əhalisinə olan sonsuz sevgilərini fiziki əməkləri ilə ortaya qoyaraq onların sədaqətini qazanmaq istəyirlər. Amma bilmirlər ki, ermənilərin xəstə xisləti heç vaxt dəyişməyəcək. Əgər ermənilər öz simasız davranışlarından geri durmurlarsa, bizlər niyə öz mübarizəmizdən qalmalıyıq?! Yaxşı olardı ki, Rusiya sülhməramlıları öz vəzifə borclarını xatırlasınlar. Xatırlamasalar, müdrik xalqımız və onun bağrından çıxmış rəşadətli ordumuz onlara öz vəzifələrini gözəl xatırladacaqlar.

Bir məqamı da xüsusi vurğulamaq yerinə düşərdi ki, rus ordusu yaxşı bilir ki, Azərbaycan xalqı ilə başqaları ilə danışdıqları üslubda danışmaq onların Cənubi Qafqazda mövcudluqlarına ciddi zərbə vura bilər. Sonuncu belə hadisə 33 il əvvəl Bakıda 20 Yanvarda törədilmiş qətliyam nəinki Azərbaycanın müstəqilliyinə, hətta Sovetlər Birliyinin dağılmasına gətirib çıxarmışdır. Hər hansı bir aksiya iştirakçısının burnunun qanaması belə, Cənubi Qafqazda Rusiyanın fiziki, siyasi, mənəvi, hətta psixoloji varlığına son qoya bilər. Ona görə də qarşılıqlı təmkinli və soyuqqanlı olmaq lazımdır. Azərbaycan məsuliyyətli ölkə və azərbaycanlılar da məsuliyyətli xalqdır. Ona görə də əminəm ki, bu aksiyalar dinc yolla da bitəcək. Lakin hər bitən hadisə kimi yeniliklərin başlanğıcı olacaqdır. Bu başlanğıc isə Xankəndiyə, Xocalıya gedən yolun ilk addımlarının qədəm səslərini özündə əks etdirəcəkdir.

Rəsmi İrəvanın qərəzli iddiaları əsassızdır və Ermənistan indi regionda bir nömrəli təhdid yuvasıdır. Təəssüflər olsun ki, sülhü qorumalı olan Rusiya sülhməramlıları isə onların qanunsuz hərəkətlərinə göz yumurlar. Görünür regionda sülhün bərqərar olması bəzilərinə sərf etmir. Onlar fəaliyyətlərinin lazımsız, mövcudluqlarının isə anlamsız olacağını yaxşı bilən qüvvələr yeni münaqişə və müharibə ocaqları yaratmaq istəyirlər. Lakin geo-siyasi vəziyyəti doğru qiymətləndirməyənlər üçün kiçik bir xatırlatma edim ki, Azərbaycan dünyanın bir çox ölkəsi ilə strateji əməkdaşlıq edir. Azərbaycan Türk Dünyasının birləşdirici mövqeyə malik əsas ölkəsidir. Azərbaycan dünya müsəlmanlarının gür səsidir. Azərbaycan dünya ölkələrinə böyük töhfələr verən dövlətdir. Azərbaycan Avropanın enerji təminatında əhəmiyyətli tərəfdaşdır. Azərbaycan regionda Rusiyanın özünün belə, ən güclü əməkdaşlıq etdiyi ölkədir. Və nəhayət Azərbaycan və Türkiyə bir millət iki dövlətdirlər. Hesab edirəm ki bu amillər kifayət edir ki, beyinlərində lazımsız planlar quranlar bu məqamları bir daha nəzərdə keçirsinlər.

Ekoterrorizmə və mina terrorizminə qarşı həyata keçirilən dinc aksiyada iştirak edən qəhrəman vətəndaşlarımıza möhkəm cansağlığı, mətanət və əzm arzulayıram.