Prezident sərəncamına əsasən 2007-ci il ölkəmizdə “Gənclər ili” elan olunmuşdur
Dilarə Seyidova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonunu, 97 nömrəli məktəbin təşkilatçısı
Bu gün ölkımizdə mahiyyət və kefiyyətcə yeni mərhələsini yaşayan gənclər siyasətinin, gəncliyə,gənclərə qarşı münasibətin , etimadın əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoymuşdur.
Azərbaycan gənclərinin milli və ümumbəşəri dəyərlər , öz tarixinə, keçmişinə bağlılıq, sevgi ruhunda tərbiyə olunmasında əvəzsiz xidmətləri olan Ulu Öndər demişdir: “Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-biri ilə sıx bağlıdır”.
Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər dövlətin gənclər siyasətini hər zaman prioritet məsələ kimi ön planda öz nəzarətində saxlayıb. Məhz, Ulu Öndər 1993-cü ildə hakimiyyətə qayıdışından sonra gənclərə qayğını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi, gənclərlə bağlı imzaladığı bütün sərəncam və qararlarda respublikamızın ictimai- siyasi həyatında gənclərin fəal iştirakın şərait yaratdı, gənclərin bütün sahələrdə nüfuzunu yüksəltdi. Eyni zamanda gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etdi.
Mən qətiyyətlə deyirəm ki, ömrünün bütün çağlarında bitmək bilməyən əzm, enerji, yaşamaq və yaratmaq eşqi, fasiləsiz iş rejimi məhz, Ulu Öndərin ruhunun gəncliyinin, gənclərə sevgi və məhəbbətinin bariz nümunəsidir...
Ulu Öndər Heydər Əliyev müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyini yaratmışdır.
1993-cü ildə hakimiyyətə qayıdışından sonra təhsilimizin ötən əsrin 70-80 cı ilərdə mövcud olmuş bir çox ənənələr kimi xarici ölkələrə tələbələrin gəndərilməsi ənənəsi davam və inkişaf etdirildi. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərar vermişdir. Bu addım dahi rəbərin xalqın, dövlətin nicat yolunun təhsil və elmdə görməsinin, bu sahələrə onun diqqətinin bariz nümunəsi olmasının bir daha təsdiqidir.
Ümummili Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanılmışdır. 1997-ci iltarixində izalanmış Sərəncanma əsasən isə fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb.
1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur.” Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Dahi rəhbər və uzaqgörən lider bu ifadələri ilə özündən sonrakı nəsillərə, onların zehinlərinə müstəqil va azad Azərbaycan idealogiyasını, azad azərbaycançılıq məfkurəsini sanki nəqş edib, ilmə- ilmə işləyibdir. Vətənə sədaqət ruhunda tərbiyə olunan gənc nəsillərin yetişməsində əvəzsiz xidmətləri olan Heydər Əliyev vurğulayırdı:” Azərbaycan dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanınn dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir”.
Ulu Öndərin bu tarixi missiasına sədaqət ruhunda tərbiyə olunan sonrakı nəsillər qarşılarına qoyduqları məqsədləri ləyaqətlə həyata keçirtdilər. Birinci və ikinci Vətən müharibəsində Azərbaycan gəncləri öz canları, qanları hesabına vətənimiz Azərbaycanın ərazi bütövlüyünü göz bəbəkləri kimi qoruyub saxladılar, bütöv və azad Azərbaycanı, suverenliyimizi bərpa etdilər!
Bu gün ölkəmizdə Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti Ali Baş Komandan cənab Prezident İlham Əliyev tərəfindən mahiyyət və keyfiyyətcə yeni çalarlarla, uğurla davam etdirilir. Gənclərin mənəvi inkişafını, vətənpərvərlik ruhunda tərbiyəsini, xarici ölkələrdə təhsilini, sosial problemlərinin həllini, ölkə iqtisadiyyatının istər idarəetməçilik, xidmət və istehsal sahələrində işlə təminatını , eyni zamanda gənclər təşkilatlarının formalaşmasını və inkişafını Cənab Prezident İlham Əliyev daima diqqətdə saxlayır. Cənab Prezident bu haqda deyir: “ İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq . Biz haqlı olaraq fəxr edirik ki, Azaərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda , dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar”.
Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin, dövlət başçısının öz çıxışlarında gəncləri özünün dostu hesab etməsini söyləməsi nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, öz istedadına inam hissi artıb.
Prezident cənab İlham Əliyevin sərəncamına əsasən 2007-ci il ölkəmizdə “Gənclər ili” elan olunmuşdur. Cənab Prezidentin bu təşəbbüsünün nəticəsində gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığı daha da artmışdır. Paytaxt Bakı və bölgələrdə fəaliyyət göstərən “Gənclər evi” gənclərin vətənpərvər ruhunda formalaşdırılması və onların sosiallaşmasında mühüm rola malikdirlər. Gənc nəsillərin millik mənlik və vətənpərvərlik şüurunda tərbiyə olunması bu cür dövlət təsisatlarının əsas prioritetidir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmışdır. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəldilmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və praqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. Məhz Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində 2018-ci ilin noyabr ayında Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) fəaliyyətə başlayıb.
Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafati”nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə 10000 manat məbləğində mükafat verir.
1997- ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilmiş dövlət başçısı İlham Əliyev gənclərin idmana cəlb olunması məsələsinə də xüsusı diqqət göstərir. Paytaxt Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunur. Azərbaycan dövləti özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir.
Bu gün qətiyyətlə deyə bilərik ki, ölkəmizdə gənclərin müxtəlif sahələrdə yaradıcılıq və intellektual potensialının inkişafı üçün hər bir şərait var. Hesab edirəm ki, hər bir Azərbaycan gənci də öz növbəsində özünü cəmiyyətimizin, dövlətimizin çiçəklənməsi , əbədi yaşaması üçün həsr etməlidir.
Bəli, 2 fevral-Azərbaycan Gəncləri Günüdür! Yaşasın, daima zirvələrdə olsun, Vətənimiz Azərbaycanı qəlbən sevən , ona könüldən bağlı olan, milli və ümumbəşəri ideyalar ruhunda tərbiyə olunan, davamlı inkişafa, yeniliyə açıq düşüncə ruhunda olan, torpaqlarımızın bir qarışı üçün canından keçən şəhidlərimizi ehtiramla anan, onların idealarına sadiqlik göstərən, dövlətimizin və dövlət başçımız Ali Baş Komandan Cənab Prezident İlham Əliyevi dəstəkləyən Azərbaycan Gəncləri!