Prezident Sammitdə çıxış edərək Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının davamlı inkişafından danışıb

Prezident Sammitdə çıxış edərək Azərbaycanın tranzit və  nəqliyyat-logistika imkanlarının davamlı inkişafından danışıb

Səmayə Məmmədova

YAP Suraxanı rayonu təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 126 saylı körpələr evi-uşaq bağçasının müdiri

Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir. Şanxay Əməkdaşlıq təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan dövlətlərinin iştirakı ilə təsis olunub və üzv dövlətlər arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və qonşuluq münasibətlərinin gücləndirilməsi istiqamətində  fəaliyyət göstərir. ŞƏT-in əsas  məqsədi ölkələr arasında siyasət, ticarət, iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, təhsil, enerji, nəqliyyat, turizm və.s sahələrdə qarşılıqlı əlaqələrin qurulması, eyni zamanda regionda sülh, təhlükəsizlik və sabitliyin təmin olunmasıdır.                                                                                                                  

Sentyabrın 16-da Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin Sammitində Prezident İlham Əliyev də iştirak edib.          Hal-hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahib olan Azərbaycan müxtəlif istiqamətlərdə Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq edir. Bunlara Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı aiddir.

Prezident İlham Əliyev Sammitdə çıxış edərək Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının davamlı inkişafından danışıb. Regional kommunikasiya layihələri olan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin istifadəsində Azərbaycanın böyük əhəmiyyətə malik olduğunu xüsusi qeyd edib. Açıq dənizə çıxışı olmamağına baxmayaraq bu gün Azərbaycan beynəlxalq nəqliyyat mərkəzinə çevrilməkdədir. Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyi tranzit ölkədir.                               

Ölkəmiz təkcə neft və qaz ixrac edən ölkə kimi deyil, həm də beynəlxalq nəqliyyat qovşağı və logistika mərkəzi kimi dünyada tanınmaqdadır. 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli ilə regionda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı istiqamətində yeni imkanlar yaranıb. Zəngəzur dəhlizinin açılması marşrut boyu yerləşən bütün ölkələr üçün böyük imkanlar yaratmaqla xüsusi əhəmiyyətə malikdir.

Azərbaycanın Ermənistana təqdim etdiyi 5 əsas prinsipdən ibarət olan sülh müqaviləsi süni ləngimələr olmadan Ermənistan tərəfindən icra olunmağa başlamalıdır. Lakin ölkə başçısı cənab İlham Əliyev Ermənistanın  bu il sentyabrın 13-də Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribatından bəhs edərək Azərbaycan silahlı qüvvələrinin bu təxribatın qarşısını qətiyyətlə aldığını vuğulayıb. O, bildirib ki , Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.         

Beləliklə, Azərbaycan beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanan fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək.