Prezident İlham Əliyevin İkinci Dünya Müharibəsindən sonra Avropanı dirçəltmək üçün ABŞ-ın “Marşal planını” xatırlatması təsadüf deyildir
Vəfa Əzizova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 114 nömrəli tam orta məktəbin müəllimi
Post münaqişə dövrünün birinci ilinin nəticələri, deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilmişdir. Cənab Prezident İlham Əliyevin 12 aprel tarixli çıxışı xalqına verdiyi dəyərin göstəricisidir. Belə ki, ilk öncə şəxsi məsuliyyətlilik prinsipinə uyğun olaraq, birinci rübün yekun müşavirəsində birinci rüb üzrə görülmüş bütün məsələlər öz əksini tapmışdır. Müharibədən sonra əldə olunmuş bütün uğurlar və qazanılmış nəaliyyətlər xalqın diqqətinə çatdırıldı. Bunlardan ən vacibi beynəlxalq təşkilatların regiondakı yeni reallıqları qəbul etməsidir. BMT-yə dövlətimizin üzv olduğu tarixin 30 illiyi məhz Şuşa şəhərində keçirilmişdir. Təbii məhz Şuşa şəhərində keçirilməsi siyasi bir addımdır.
BMT-dən sonra ən böyük beynəlxalq təsisat dövlətimizin sədrilik etdiyi Qoşulmama Hərəkatıdır. Qoşulmama Hərəkatı ilə bərabər digər böyük təşkilat İslam Əməkdaşlıq Təşkilatı hər zaman dövlətimizin irəli sürdüyü təklif və qərarları yüksək dəyərləndirərək dəstəkləmişdir. Cənab Prezident çıxışı zamanı ATƏT-in Cənubi Qafqaz regionunda Azərbaycanın yaratdığı reallığı qəbul etdiyini xüsusilə vurğulayır. Çıxışda həmçinin ATƏT-in Minsk qrupunun 30 ilə yaxın müddətdə fəaliyyət adı altında fəaliyyətsizliyi və siyasi hərbi yol ilə xalqımız öz torpaqlarına işğaldan azad etməsi qeyd olunur.
Müharibədən sonra müharibənin fəsadlarını aradan qaldırılması üçün dövlətimizə xarici dövlətlərdən maddi dəstək göstərilməyib. Xalqımız 30 ilə yaxın işğal altında qalmış ata-baba yurdlarımızda törədilmiş ekoloji terorrun ağır fəsadları ilə üzləşməkdədir. Nümayəndələrimiz dəfələrlə müraciət etsədə dünya dövlətləri torpaqlarımızda törədilmiş ekoloji terrora qarşı biganəlik göstərirlər. Ekoloji terrorla bərabər eyni zamanda mədəni irsimiz də məhvə məruz qoymuşdular. Mədəniyyətimizin və memarlığımızın incilərindən olan Bülbülün ev muzeyi, Vaqifin xatirə kompleksi, bir çox məcsidlərimiz, məzarlıqlarımız vandallığa məruz qalmışdır.
Prezident İlham Əliyev çox dəqiqliklə bir daha vurğuladı ki, İkinci Dünya Müharibəsindən sonra Avropanı yenidən dirçəltmək üçün ABŞ “Marşal planı” irəli sürmüşdür. Prezident İlham Əliyevin İkinci Dünya Müharibəsindən sonra Avropanı dirçəltmək üçün ABŞ-ın “Marşal planını” xatırlatması təsadüf deyildir. Bizim dövlətimiz Qarabağda minaların təmizlənməsi müharibədən sonra ərazinin insan yaşayışı üçün yararlı hala salınması məqsədi ilə yalnız özü bütün gücünü səfərbər etmişdir. Bu ərazilərdə minaların təmizlənməsi üçün mütəxəssis çatışmazlığı mövcuddur, bu istiqamətdə də dövlətimizə xarici dövlətlərdən dəstək yoxdur.
Post münaqişə dövründə bütün qarşıya qoyulmuş məqsədlərə çatılması 6 aprel tarixli Brüssel görüşündə bir daha sübut oldu. Brüssel görüşündə irəli sürülmüş 5 maddədən ibarət təklifə Ermənistan rəhbərliyi razılıq bildirmişdir. Bu razılıq Ermənistanın dövlətimizin ərazi bütövlüyünü və sərhədlərini tanıdığını təsdiqləyir. Cənab Prezident İlham Əliyevin uğurlu siyasi bacarığı nəticəsində artıq bütün dünya birliyi “Dağlıq Qarabağ” adlı münaqişənin və termini olmadığını, Qarabağın Azərbaycanın inzibati ərazi vahidi olduğunu qəbul edir. İndi ATƏT-in və digər dünya əhəmiyyətli təşkilatların üzərinə iki dövlət arasında münasibətlərin normallaşdırılması üçün dəstək verilməsi düşür. Lakin iki dövlət arasında münasibətlərin normallaşması heçdə xalqımızın başına gətirilmiş soyqırımların unudulacağı anlamına gəlmir. Post müharibə dövründə artıq Brüssel görüşündən sonra hər iki dövlətin xarici işlər naziri arasında bir saata yaxın telefon danışığı olub. Bu qonşu dövlətlərin arasında münasibətlərin normallaşdırılması üçün atılmış siyasi addımdır.