İlham Əliyev Türkiyə və İsrail dövlətləri arasında dostluğumuzdan söz açıb

İlham Əliyev Türkiyə və İsrail dövlətləri arasında dostluğumuzdan söz açıb
Sevinc Hüseynova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin direktoru

Azərbaycan Cənubi Qafqazda lider ölkələrdən biridir. Bu da onun bariz nümunəsidir ki, müxtəlif ölkələrdən bura böyük bir ekspert qrupu gəlib və qlobal gündəlikdə duran mühüm məsələlər məhz Azərbaycanda müzakirə olunur. Artıq belə görüşlər 7-ci dəfədir ki, Azərbaycanda keçirilir. Ekspertlər tarixi Azərbaycan torpağı olan Xankəndi şəhərini ziyarət etdilər. Azad olunmuş ərazilərimizdə quruculuq işləri ilə tanış oldular.

Prezidentimiz Azərbaycanın coğrafi baxımdan strateji mövqeyini vurğuladı və söylədi ki, respublikamız sərhəd daxilində və sərhəd kənarında ,bütün regionda dövlətlərlə dostluq -əməkdaşlıq niyyətindədir. Azərbaycan Avropa İttifaqı, Qərb, Mərkəzi Asiya və ABŞ kimi güclü dövlətlərlə əməkdaşlığın qurulmasında maraqlıdır. Azərbaycan təkcə Avropa ilə deyil, Mərkəzi Asiya və Körfəz Əməkdaşlığı Şurasına üzv ölkələrin bəziləri ilə də  əlaqələr yaratmışdır. 

Azərbaycan həm neft, həm də qaz ölkəsidir. Bunları nəzərə alaraq enerji təhlükəsizliyi ilə bağlı Avropa ölkələrinə Azərbaycan dəstək olacaq. Qonşumuz Gürcüstana baxdıqda, onunla iqtisadi resurslar,enerji təhlükəsizliyi,daşımalar sahəsində müsbət nəticələr əldə olunub,ancaq Ermənistan bütün bunlardan özünü məhrum edib.

Azərbaycandan gələn bütün transit yolları Gürcüstana keçir. Prezidentimiz vurğuladı ki, Azərbaycan artıq 2023-cü ildən sonra öz torpaqlarının suverenliyini bərpa etdi. Azərbaycan hərbi qüvvələrinin bacarığını,nizam-intizamını döyüş meydanında nümayiş etdirdi,ancaq Ermənistan yenə də öz revanşist əməllərindən əl çəkmir.

İlham Əliyev Türkiyə və İsrail dövlətləri arasında dostluğumuzdan da söz açdı. Hər iki ölkə Azərbaycanın yaxın dostudur. Biz bu iki ölkə arasında olan gərginlikdən çox narahat idik. Bu ölkələrin barışığı məhz bizim vasitəçiliyimizlə olmuşdur.

Prezidentimiz ABŞ-nın Ermənistana olan bitərəf mövqeyindən də danışdı. COVİD pandemiyasında Azərbaycanın 80-dən çox ölkəyə humanitar yardım göstərməsindən, əsasən bu yardımın Afrika qitəsinə olduğunu vurğuladı. Əsas məqsədimiz az inkişaf etmiş ölkələrə, dəstək olmaq idi. Ukrayna Rusiya müharibəsinə gəldikdə isə biz müharibənin dərhal dayanmasını istəyirik. Hər bir ölkənin suveren hüquqlarına hörmət edirik.

Qonşumuz İran dövləti ilə də Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək və Ermənistandan yan keçən marşrut üzərində çalışırıq.

Sonda İlham Əliyev Avropada aparıcı iqtisadiyyata malik olan Almaniyadan söz açdı. O vurğuladı ki, ümüd edir ki, Avropa ittifaqı oradakı ermənipərəst qrupların təsiri altına düşməyəcək.