Mələk Məmmədova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 154 nömrəli tam orta məktəbin müəllimi
2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləliklə, ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi. Qüdrətli Azərbaycan uğrunda çağırışı ilə milyonları öz ətrafında toplayan cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində tez bir zamanada Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi uğurla həyata keçirilməyə başladı.
Cənab Prezident İlham Əliyevin dövlət siyasətinin əsasında müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsi, vətəndaş həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Onun yeritidiyi uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da yüksəltdi və müttəfiqlərimizin sayının artmasına səbəb oldu. O, iqtisadi sahədə qeyri-neft sektorunun inkişafına böyük önəm verərək ölkə iqtisadiyyatının neft amilindən asılılığını aradan qaldırmaq məqsədi ilə bölgələrdə yeni sənaye müəssisələrinin yaradılması, yerli sahibkarlığın inkişafına ,əhalinin işlə təmin olunmasına, qeyri-neft sektorunun sürətli inkişafına təkan verdi. Həmçinin nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Hal-hazırda istifadəyə verilən müasir olimpiya idman kompleksləri gənc nəslin sağlam inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
Həmçinin, Prezident cənab İlham Əliyev tərəfindən neft strategiyası da uğurla davam etdirilərək Xəzər dənizində “Azəri”, “Çıraq”, ”Günəşli” neft yataqları istismara verildi. ”Şahdəniz” yatağında aparılan uğurlu qazma işləri Azərbaycanı böyük həcmdə qaz istehsal edən ölkəyə çevirdi. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanın bu sahədə irəliləyişinə böyük təkan verdi. Neft və qaz amili Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsində mühüm rol oynayaraq dünyanın aparıcı neft şirkətlərinin mənsub olduğu dövlətlərlə siyasi və mədəni əməkdaşlığın genişləndirilməsində böyük rol oynadı. Bu dövrdə Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərini reallığa çevirən “XXI əsrin müqaviləsi” imzalanaraq Azərbaycanın təbii qaz ehtiyatlarının boru kəmərləri vasitəsilə Avropaya nəql ediməsində mühüm bir addım oldu.
Cənab İlham Əliyevin həyata keçirdiyi sosial layihələr, iqtisadi islahatlar əhalinin rifahının yüksəlməsi baxıməndan böyük əhəmiyyətə malikdir. Tariximizin ən parlaq səhifələrini təşkil edən 44 günlük Vətən müharibəsi bizim milli qürurumuzu, ata yurdumuzu özümüzə qaytarmaqla yanaşı seçimimizdə nə qədər doğru olduğumuzu da sübut etdi. Otuz ilə yaxın bir müddətdə mötəbər beynəlxalq təşkilatların həll edə bilmədiyi məsələni cənab İlham Əliyev uğurlu siyasəti ilə 44 gün ərzində həll etdi. Hal hazırda işğaldan azad edilmiş ərazilərin bərpası və əhalinin öz yurdlarına qayıtması Vətən müharibəsindən sonra dövlətimizin əsas fəaliyyət istiqamətlərindən birinə çevrilmiş, eləcə də quruculuq işlərində yüksək texnologiyanın tətbiq edildiyi genişmiqyaslı layihələr icra edilməkdədir.