Prezident İlham Əliyev müsahibəsində qeyd etdi ki, 2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq

Prezident İlham Əliyev müsahibəsində qeyd etdi ki, 2025-ci ildə  növbəti hərbi büdcəmiz rekord büdcə olacaq

Aygün Qəhrəmanova

"Göyərçin" Körpələr evi və uşaq bağçasının müdiri

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Azərbycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 17 də Ümumdünya Dövlət Televiziya və Radio Yayımı şirkəti və Russiyanın “RİA Novosti” Agentliyi üçün  “ Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru, Dmitri Kiselyova müsahibə verib.

Sülh sazişi  ilə bağlı razılaşdırılmamış iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər. Bunu Prezident İlham Əliyev  “Rossiya Seqodnya” beynəlxalq İnformasiya Agentliyinin  baş direktoru Dmitria Kselyova müsahibəsində deyib.

Azərbaycan Prezidenti müsahibəsində ölkəmizə qarşı çirkin  qarayaxma kampaniyası aparanlara  da mesaj göndərib. Sülh sazişi eyni vaxtda Ermənistanın Azərbaycana qarşı silahlandırılması 2 fərqli kursdu. Axı biz sülh sazişi üzrə böyük irəlləyiş əldə etmişik.

Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, 2- si qalıb. İlham Əliyev bildirdi ki, Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşü zamanı eşitdiyi və hiss etdiyi o olub ki, razılaşdırılmamış  bu 2 maddə  də Ermənistan tərəfindən qəbul oluna bilər.

Dövlət  başçısı Fransanın  Ermənistanın öldürücü  silahlarla təmin etməsinə  də toxunub. Bildirdi ki, Makron hökumətinin  Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücü və Azərbaycan üçün praktiki təhlükə yaradır.

Makronun səriştəsiz siyasətindən danışan İlham Əliyev qeyd etdi ki, hazırda  Makron rejimi Fransanı uğursuz dövlətə çevirir. Gürcüstandakı etirazlar haqqında  da danışan dövlət başçısı qeyd etdi ki, burda Makronun qulaqları görünür.

Prezident İlham Əliyev müsahibəsində qeyd etdi ki, 2025-ci ildə  növbəti hərbi büdcəmiz rekord büdcə olacaq.