Yunis Əsgərli
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı RİHB-nın Əmircan QİƏD üzrə nümayəndəsinin müavini
20 illik zaman ərzində xalqımızın iradəsinə və etimadına arxalanan Prezident İlham Əliyev Ulu Öndərin təməl siyasi prinsiplərinə əsaslanaraq, respublikamızı regionun simasını dəyişən aparıcı dövlətinə çevirib. 2003-cü ildən etibarən yüksək işqabiliyyətli komandaya malik dövlət başçımız qarşıda duran prioritet vəzifələri düzgün müəyyənləşdirməklə yeni dövrün ən səciyyəvi cəhəti kimi ilk növbədə milli iqtisadiyyatda struktur islahatlarına başlayıb. Sosialyönümlü siyasət yürüdən Prezident qəbul etdiyi fundamental qərarlar və imzaladığı sərəncamlarda xalqın mənafeyindən çıxış etdiyini təsdiqləyib, vədlərinin əməli fəaliyyətə söykəndiyini hər zaman nümayiş etdirib.
İlham Əliyev ictimai həyatın bütün sahələrində yeni dövrün tələblərinə uyğun islahatların aparılması, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artması, regionların inkişafı, yeni istehsal müəssisələrinin açılması ilə işsizlik probleminin aradan qaldırılması istiqamətində effektiv nəticələrə hesablanmış cəsarətli addımlar atıb.
İlham Əliyev Azərbaycan tarixinə əbədi olaraq müzəffər qəhrəman, xilaskar, qətiyyətli sərkərdə və qalib diplomat kimi adını yazdı. Yeni tarix yazdı, BMT-nin, keçmiş Minsk qrupunun uzun illər ərzində edə bilmədiyini reallaşdırıb erməni faşizmini, onun ordusunu və saxta ideilogiyasını darmadağın etdi. Dünyanı dəyişən, XX yüzilliyin şəriksiz lideri zirvəsinə ucalan İlham Əliyevin iradəsi, şəhidlərimizin al-qanı və qazilərimizin qəhrəmanlığı hesabına ay-ulduzlu, üçrəngli bayrağımız indi Qarabağ və Şərqi Zəngəzurda dalğalanır.
Ölkə rəhbərinin Azərbaycanı müasir və demokratik dövlətə çevirmək üçün atdığı addımlar dövlətimizin daxili və xarici siyasətinin inkişafı baxımından çox mühümdür. Bütün bunların nəticəsidir ki, dövlət başçımız bu gün Azərbaycanın dinamik inkişafına nail olub, ölkə sürətlə yenilənir.İlham Əliyev öz tarixi missiyasını uğurla yerinə yetirir. İnanırıq ki, Prezidentimiz öz ali missiyasını bundan sonra da daha uğurla davam etdirəcək.