Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə Azərbaycanda güclü Hərbi sənaye kompleksləri yaradılıb

Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə Azərbaycanda güclü Hərbi sənaye kompleksləri yaradılıb

Maqiyə Ələkbərova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu "Tumurcuq" körpələr evi və uşaq bağçasının tərbiyəçisi

Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi yaradılması barədə qərar və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul edilməsinə baxmayaraq,respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Respublikada baş verən bütün bu çatışmazlıqlarara Ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra son qoydu.

Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə nail ola bildi. O, yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunun nizamlı ordu yaratdı. Müstəqil Azərbaycan ordu quruculuğu prosesi Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə tamami ilə yeni mərhələyə qədəm qoydu. Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbiçilərin peşakarlığının artırılması, şəxsi heyyətin döyüş ruhunu və mənəvi -psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı.

Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə Azərbaycanda güclü Hərbi sənaye kompleksləri yaradılıb. Azərbaycan ordusunun hərbi qüdrəti 2020 - ci il dekabrın 10-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Rüspublikasının Prezidenti möhtərəm Rəcəb Tayyib Ərdoğanın  iştirakı ilə keçirilən qələbə paradında əyani nümayiş etdirildi.

Hazırda Azərbaycan Respublikası daha güclü hərbi potensiala malik olmaq üçün hərbi infrastrukturun beynalxalq standartlara uyğun inkişaf etdirilməsini zəruri şərt kimi ortaya qoyur. Ölkəmiz dünyanın aparıcı dövlətləri və beynəlxalq hərbi təşkilatları ilə ikitərəfli, üçtərəfli və çoxtərəfli hərbi əməkdaşlığı diqqətdə saxlayır. Ali Baş Komandanımız cənab İlham Əliyev sayəsində indi bizim Rəşadətli Ordumuz, qalib ölkəmiz var.

Yaşasın Rəşadətli Ordumuz ! Yaşasın Azərbaycan Respublikası!