Prezident İlham Əliyev də tarix yaradan şəxsiyyətlərdəndir
Kəmalə Feyziyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 331 saylı körpələr evi – uşaq bağçasının müdiri
Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağılı, cəsarəti, siyasi idarəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir
Allah dünyanı və insanı yaratdı. Dünyanın tarixini yazan və yaradanlar isə insanlardır. Bu insanların həyatı, taleyi, fəaliyyəti, məqsəd və məramları çox maraqlı, qeyri-adiliklə zəngin olduğu üçün onlar haqqında daha çox öyrənmək, daha çox düşünmək, bəzən də bu şəxsiyyətləri bir-biri ilə müqayisə edib fərqləndirmək məcburiyyətində qalırsan. Tarixi yaradanlar olmasaydı, onu yazanlar da olmazdı qənaəti məhz bundan yaranır.
Prezident İlham Əliyev də tarix yaradan şəxsiyyətlərdəndir. Heydər Əliyevin mənalı həyatının hər günü, hər anı unudulmaz tarixdir. Zaman-zaman xatırlanacaq tarixi hadisələrlə zəngindir.
İlk olaraq o, öz həyatının, ömrünün həyatını yaradıb. Əgər Prezident həyat yolunu düzgün seçib, istiqamətləndirməsəydi, özünün şəxsi, ailə və cəmiyyət həyatında mövqeyini qiymətləndirməsəydi, bu yolda qətiyyətli addımlar atmasaydı, o, ümumxalq məhəbbəti qazanıb bəşəriyyətin qəlbində əbədiləşə bilməzdi.
Cənab İlham Əliyevin şəxsi həyatı – uşaqlıq və gənclik illəri, ömrünün bütün dövrləri gərgin zəhmətlə keçib. Əlbəttə, bu dövrlərin çətin anları yaşanmasaydı, maneələr qətiyyətlə dəf edilməsəydi, sonrakı zamanların uğurları qazanılmazdı. Rəhbərin həyatının səhifələri qeyri-adi, çoxlarına mümkünsüz görünən qəhrəmanlara xas olan hadisələrlə xarakterikdir. İlham Əliyev çox böyük təsirlərə, çətinliklərə məruz qalsa da, bu sistemdə şərəfli həyat yolu keçib, öz fəaliyyəti, çoxlarına xas olmayan xeyirxahlığı, vətənpərvərliyi ilə şəxsiyyətinin tarixləşdirib.
Cənab İlham Əliyev öz xalqına, Vətəninə sonsuz sədaqəti, məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin fəaliyyəti ilə Azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni-mənəvi həyatında yeni və müasir bir tarix yaratmışdır. Əgər Ulu öndəri əsrin 70-80-ci illərində qurub-yaratdığı inkişaf etdirilən Azərbaycan olmasaydı, bu günümüzün mühüm nailiyyətlərindən danışmaq çətin olardı.
Bu gün insanlar İlham Əliyevin zəkasının, düşüncəsinin müdrikliyinin böyüklüyünü bir daha hiss edir. Prezidentimiz respublikamız, xalqımız üçün misilsiz xidmətlər göstərdiyinin şahidi olurlar. Ulu öndər həmişə, hər zaman ən ağır anlarda belə, xalqı ilə bir olmuş, xalqının səsinə səs vermişdir.