Prezident Ermənistan rəhbərliyinə və regionda gedən proseslərə müdaxilə etmək istəyənlərə mühüm mesajlar verdi
Şəms Haşımova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Nəriman Həmidova adına 208 nömrəli tam orta məktəbin tarix müəllimi
Bu gün Azərbaycanda özünün sürətli inkişaf dövrünü yaşayan sahələrdən biri də turizm sektorudur. Prezident İlham Əliyevin son illərdə Azərbaycanda muzeylərin və kitabxanaların fəaliyyətlərinin yaxşılaşdırılması tarixi abidələr və memarlıq komplekslırinin qorunması barədə imzaladığı sərəncamlar mədəniyyət və turizm sahələrinə göstərilən diqqətin təzahürüdür. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına həsr olunmuş iclasındakı çıxışında Basqal qəsəbəsinin timsalında ölkəmizdə tarixi-mədəni irsin qorunmasına və yaşadılmasına dövlət səviyyəsində nə dərəcədə böyük əhəmiyyət verildiyindən və bu məsələnin qarşıdakı illərdə də prioritet istiqamət olacağından bəhs edərək demişdir. “Basqal qədim tarixi kənddir, qədim yaşayış yeridir. Həm Basqalda yaşayan vətəndaşlarımız üçün, həm də turistləri oraya cəlb etmək üçün çox gözəl şərait yaradılacaq.’’
Prezidentin bölgələrə səfərləri müntəzəm xarakter daşıyır. Gedən işlərə özü nəzarət edir və son illərdə bütün bölgələrdə quruculuq- abadlıq işləri daha geniş vüsət alıb.Sosial infrastrukturla bağlı böyük layihələr icra edilir. Əhali sayının artması ilə bağlı iş yerlərinə tələbat artır. Ölkəmiz öz iqtisadiyyatını dünya iqtisadiyyatına inteqrasiya edərək bazar iqtisadiyyatının bütün prinsiplərini Azərbaycanda tətbiq edir. Dünyada gedən istənilən iqtisadi proses bizə də təsir edir.
İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə bitdi. Xalqımız öz torpaqlarını erməni işğalından azad etdi . İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərdə infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, iqtisadiyyatın bərpası, keçmiş köçkünlərin doğma torpaqlarına qayıtması və insanların normal həyatının təmin edilməsi sözün əsl mənasında böyük güc tələb edir. Prezidentimizin İsmayıllı rayonunun Basqal qəsəbəsindəki nitqində də, azad olunmuş ərazilər barədə demişdir. “Azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı , həm maldarlıq, həm bitki üçün münbit iqlim və təbi şərait var’’
Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bir sıra əhəmiyyətli məqamlara toxundu, Ermənistan rəhbərliyinə regionda gedən proseslərə müdaxilə etmək istəyən qüvvələrə mühüm mesajlar verdi, sülh və təhlükəsizliklə bağlı Azərbaycanın qətiyyətli mövqeyini növbəti dəfə diqqətə çatdırdı. Prezident İlham Əliyev bir daha Ermənistanı yeni reallıqları qəbul etməyə və hərbi təxribatlara son qoymağa çağırıb əks halda Azərbaycan öz gücünü yenidən göstərə bilər. Dövlət başçımız vurğulayıb. “Bir neçə saat ərzində davam edən ,,Qisas’’əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdırlar.
Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi mühüm bəyanatlardan biri də Laçın şəhəri Zabux və Sus kəndləri ilə bağlı idi. ”Laçın şəhərindən Zabux və Sus kənlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır ‘’
Müsahibədə diqqət çəkən ən mühüm məqmlardan biri Qarabağda yaşayan ermənilərlə bağlı idi. “Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar , başa düşməlidirlər ki onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir.’’
Azərbaycan Televiziyasına müsahibəsində görülən və görüləcək işlərə bir daha diqqət yetirən dövlət başçımız gələcəyə nikbin baxdığını ifadə etdi. “Bir daha demək istəyirəm , biz istədiyimizə həmişə nail oluruq. İsdədiyimiz də odur ki, bölgədə sülh olsun, müharibə olmasın, Azərbaycan uğurla inkişaf etsin, xalqımız firavan yaşasın.’’