Praqa Görüşü və Azərbaycanın Yeni Diplomatik Qələbəsi 

Praqa Görüşü və Azərbaycanın Yeni Diplomatik Qələbəsi 
Əminə Əliyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 84 nömrəli tam orta məktəbin tarix müəllimi
Azərbaycan 1991-ci il oktyabr 18 də dövlət müstəqilliyini bərpa etdikdən sonra bir sıra beynəlxalq təskilatlar ilə əməkdaslıq etməyə basladı. Belə təskilatlardan biri də Avropa İttifaqi Təşkilatıdır. Bəs, Avropa İttifaqı ilə münasibətlərimiz hansı çərçivədə inkisaf edir?
Avropa İttifaqı ilə əməkdaslığa basladiğımız ilk gündən münasibətlərimiz iqtisadi və siyasi sferada baş verən dəyisikliklərə qarsılıqlı yardım, həmcinin nəqliyyat-kommunikasiya sisteminin inkişafına dair yeni layihələrə təşəbbüs və dəstək formatında inkişaf edir.
Azərbaycan ilə əmakdaslıq Avropa İttifaqı üçün nəyə görə əhəmiyyətlidir?
Məsələnin önəmli tərəfi də budur. Cunki, Azərbaycanın regiondakı istər tranzit, istərsə də nəqliyyat sahəsində əlverişli mövqeyi ölkəmizi bu ittifaq üçün əhəmiyyətli edir. Xüsusən də, Azərbaycan Avropa və Asiyanın quru və hava yollarının kəsişməsində yerləşir bu da ölkəmizə diqqətin daha da artmasına səbəb olur.
Bütün bu deyilənlərin məntiqi nəticəsi 06.10.2022 ci ildə baş tutmuş, Praqa görüsü toplantısı cərcivəsində bir daha öz təsdiqini tapdı. Göstərilən tarixdə baş vermiş görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Sarl Misel ve Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə növbəti görüş kecirildi. Görüş Azərbaycan diplomatiyasının yeni uğuru kimi yadda qaldı. Görüş çəcivəsində ölkəmizin maraqlarını təmin edən bir sira məsələlərə toxunuldu və Azərbaycanın siyasi-iqtisadi sahədə dövlət maraqlarını təmin edən bir sıra qərarlar qəbul olundu.
Görüşün baslanğıcında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək bildirdi ki, ölkəmiz Avropa İttifaqı ilə bir çox sahələrdə fəal əməkdaşlıq edir. İlk növbədə enerji sahəsində uğurla davam edən məsələlərə toxunuldu. İlham Əliyev bildirdi ki, Azərbaycanın enerji resurslarına Avropada böyük tələbat var və buna misal olaraq cari ilin iyul ayında Avropa Komissiyası ilə Bakıda imzalanmıs Anlaşma Memorondurumunu misal göstərmək olar. Görüşdə nəqliyyat sahəsində yeni tərəfdaslıq imkanları da müzakirə olundu. Həmçinin, Avropa ölkələrinin Azəbaycan ticarətində önəmli payından danışıldı və ölkəmizin əsas ticarət tərəfdaşları olduqları vurğulandı. Görüş çərçivəsində qaz ehiyatları məsələsinə toxunuldu, ötən ilə nisbətən ixracatın təxminən 30-40 faiz artdığı qeyd edilərək bildirildi ki, bu il ən azı 2 dəfə artımı nəzərdə tutulur. Həmcinin, bu il Avropaya da qaz ixracatının 2 dəfə artırılması planlasdırılır.
Görüşün ən əhəmiyyətli hissəsi Azərbaycan və Ermənistan münasibətlərinə toxunulması, yeni razılaşmalar əldə olunması oldu. Cənab Prezident İlham Əliyev öz növbəsində cıxış edərək bildirdi ki, yavaş-yavaş sülhə yaxinlaşırıq. Məqsədimiz tezliklə Ermənistanla münasibətləri qaydaya salmaq və təmas xəttində sabitliyi bərpa etməkdir. Prezident onu da qeyd edib ki, sülh müqaviləsinin beş pirinsipi tezliklə öz həllini tapmalıdır. Həmcinin, Naxcivana könüllü keçid məsələsinə diqqəti cəlb edərək, qeyd etdi ki, Ermənistan hələ də 2020 noyabrın 10-da götürdüyü öhdəliyi hələ də yerinə yetirməyib və Azərbaycan hələ də səbr edərək təmkinlə gözləyir.
Görüşün Azərbaycan diplomatiyasının növbəti qələbəsi kimi qeyd edilən yekun qərarına əsasən, Azərbaycanın ərazi bütovlüyünü tanıyan bəyanət imzalanıb. Süverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərindəki hakimiyyətini tanımış oldu və sərhədlərin delimitasiyasına razılıq əldə olundu. Beləliklə, Praqada qeyd edilən tarixdə baş tutan bu növbəti görüşdə Azəbaycanın maraqları təmin olundu və cənab Prezident İlham Əliyevin uğurlu diplomatik addımları ilə növbəti dəfə Azərbaycana göstərilən təzyiqlərin qarşısı uğurla alındı.