Ötən 3 onillik ərzində Azərbaycan özünü BMT-nin məsuliyyətli üzvü kimi sübut edib
Südabə Yaqubova
Suraxanı Tibb Mərkəzinin direktor müavini
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Bu il martın 2-də Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatına üzv olmasına 30 illiyi tamam oldu. Azərbaycan Respublikası ərazilərinin silahlı təcavüzə məruz qalması dövrünə təsadüf edən BMT-yə üzvlüyünün ilk illərində bu mötəbər təşkilat tərəfindən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına qətiyyətli dəstək ifadə edilib.
Təqribən 30 il sonra BMT Nizamnnaməsini rəhbər tutaraq Azərbaycan Respublikası öz ərazilərini işğaldan azad etdi və hal-hazırda həmin ərazilərdə geniş miqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Bu işlərdə,o cümlədən ərazilərin minalar və digər partlayıcılardan təmizlənməsi, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli geri qayıdış hüququnun təmin edilməsi istiqamətində də Azərbaycan BMT və onun ixtisaslaşmış qurum təsisatları ilə əməkdaşlığı davam etdirir.
Ötən 3 onillik ərzində Azərbaycan özünü BMT-nin məsuliyyətli üzvü kimi sübut edib. BMT nizamnaməsində əksini tapmış məqsəd və prinsiplərə nail olmaq istiqamətində öz dəyərli töhfələrini vermək üçün Azərbaycan Respublikası BMT-nin fəaliyyətinin hər üç istiqaməti - sülh və təhlükəsizlik,davamlı inkişaf və insan hüquqlarının qorunması və təşviqi üzrə qurumun fəaliyyəti və fəal şəkildə cəlb olunub.
Azərbaycan BMT mandatı əsasında fəaliyyət göstərən sülhməramlı əməliyyatlara, 2030-cu il Dayanıqlı inkişaf gündəliyində əkini tapmış məqsədlərin icrasına,insan hüquqlarının qorunması və təşviqi sahəsində Beynəlxalq fəaliyyətə,yaranmaqda olan qlobal risk töhfələr verib.
Beynəlxalq hüququn və çox tərəfliliyin sadiq müdafiəçisi olaraq Azərbaycan Respublikası,bundan sonra da BMT-nin etibarlı tərəfdaşı olmağa davam edəcək. Beynəlxalq sülh və təhlükəsizliyə əlavə töhfələr vermək istiqamətində də öz səylərini əsirgəməyəcək.
Son 30 ildə Azərbaycan isqtisadi artım və insan inkişafı baxımından nəzərəçarpacaq irəliləyiş əldə edib. BMT - Azərbaycan münasibətləri isə yardıma əsalanan əməkdaşlıqdan tərəfdaşlığa əsaslanan əməkdaşlığıa çevrilib.