Noyabr ayı müdrik xalqımız üçün bayramlar ayıdır
Zülfiyyə Babayeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
24 saylı Şəhər Poliklinikasının tibbi qeydiyyatçısı
30 il bundan öncə Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərinin işğal olunması ilə bir milyona yaxın qaçqın və köçkün vətəndaşları olan Odlar Yurdu Azərbaycan 2020-ci il 27 sentyabr tarixində yenidən üzləşdiyi təxribata cavab olaraq Vətən müharibəsinə başladı.
44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı, unudulmaz qəhrəmanlıq səhifəsi kimi bütün dünyaya səs saldı. Ordumuz ölkəmizin inkişafının və siyasi sabitliyinin təminatçısı oldu. Xalqımız bu müqəddəs savaşda öz haqqı olan əzəli və əbədi torpaqlarına sahib çıxmaq uğrunda –ümumxalq mübarizəsində qali kimi dünyada öz sözünü deməyi bacardı.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalq və ordu birliyi sayəsində möhtəşəm, qürurverici qələbə qazanıldı. Bu birlik bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan ərazi bütövlüyü tam bərpa olundu. Ölkəmiz Cənubi Qafqazda sülhün,sabitliyin inkişafının aparıcı qüvvəsi kimi düşmənə layiqli cavab verdi. Azərbaycan ordusu tarix boyu heç vaxt bu qədər güclü və qüdrətli olmayıb.
Dövlət, xalq və ordu birliyi əbədi olacaq. Bu birlik nəticəsində Qarabağ münaqişəsi iki il bundan əvvəl tarixə qovuşdu.
Noyabr ayı müdrik xalqımız üçün bayramlar ayıdır. Ölkənin inkişafının təminatcısı olan Yeni Azərbaycan Partiyasının 30 ili tamam olur. YAP Müstəqil dövlətimizin və vətəndaşlarının rifahı üçün çalışan və daimi xalqın yanında olan bir partiyadır.
8-Noyabr Zəfər bayramıdır. Bu bayramın qazanılmasında Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsi ehtiramla yad edilir. Nəsillər dəyişəcək lakin Vətən oğullarnın xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.
Hər il 9 noyabr Bayraq günü dövlət səviyyəsində təntənəli sürətdə qeyd edilir. Milli rəmzlərimiz hər birimiz üçün qürur mənbəyidir. Bayraq xalqın güzgüsüdür. Bu gün üçrəngli bayrağımız Qarabağda, Şuşada əzəmətlə dalğalanır.
Həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün regionlarında məqsədyönlü zəruri addımlar atılır. Qarabağ öz inkişaf dövrünü yaşayır. Türk-Azərbaycan dostluğu sayəsində Zəfər yolunda inamla addımlayırıq.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Zəfər sənindir Azərbaycan Ordusu, Azərbaycan xalqı!