Fikrət Quliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu Yeni Suraxanı bələdiyyəsinin sədri
Vətənə, millətə sevgisi, dövlətə sadiqliyi ilə hər bir kəsə örnək olan dahi liderin iti zəkası, qətiyyətli addımları öz nəticəsini verdi. Dövləti qurub-yaradan, bütün ömrünü xalqına həsr edən, məqsədi qurub-yaratmaq olan dahi şəxsiyyət Heydər Əliyevin Ali Məclisinin sədri seçilməsi təkcə muxtar respublika üçün deyil, bütövlükdə Azərbaycan üçün tarixi hadisə oldu. Bu hadisə 3 sentyabr 1991-ci ildə Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi ilə baş verdi. Artıq həmin hadisədən 31 il ötür.
Prezident, Ali Baş Komandan İlham Əliyevin də qeyd etdi kimi, həmin illər, nəinki Naxçıvan, eyni zamanda, Azərbaycan üçün tarixi qərarlar qəbul edildi. Naxçıvanın adı dəyişdirildi. Ulu öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etmədi. Ümummilli liderin fəaliyyətinin Naxçıvan mərhələsi Azərbaycanda siyasi kataklizimin hökm sürdüyü bir dövrə təsadüf etsə də, müdrik siyasətçi düzgün qərarları ilə gərgin proseslərdən qalib kimi çıxmağı bacarmışdı.
O vaxt torpaqlarımızın işğal olunması, yaranmış gərgin ictimai-siyasi vəziyyət 1993-cü ilin iyununda son həddə çatdı. Azərbaycan öz dövlət müstəqilliyini ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Ulu öndər Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verərək 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdi.
Ümümmilli lider Heydər Əliyevin Naxçıvandakı siyasi fəaliyyətindən danışarkən Azərbaycanın ictimai-siyasi həyatında mühüm rolu olan Yeni Azərbaycan Partiyasının yaradılmasını qeyd etməyimiz də vacibdir. Müstəqil Azərbaycanın gələcəyi üçün mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının 1992-ci il noyabrın 21-də əsası qoyuldu. Yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanan bu partiya Ulu öndər Heydər Əliyevin bəyan etdiyi kimi, dünənin, bu günün, gələcəyin partiyasına çevrildi, siyasi arenada layiqli yerini tutdu və həmin tendensiya bu gün də Prezidentimizin rəhbərliyi ilə uğurla davam edir.
Ümummilli liderimizin siyasi kursunu yüksək uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın adını tarixə qızıl hərflərlə yazdı. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarını işğalçılardan təmizləyərək və tarixi məkanlarına yenidən sahib oldu. Heydər Əliyev yolunun uğurlarından bəhrələnən Azərbaycan xalqı bundan sonra da daha möhtəşəm qələbələrə şahidlik edəcəkdir. İllər keçdikcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının böyüklüyü daha aydın görünür.
Təsadüfi deyil ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən bildirmişdir: «Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!"
Böyük inam hissi ilə deyə bilərik ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri, burada aparılan bərpa-quruculuq işləri Ulu öndərin əsasını qoyduğu siyasətin uğurla davam etdirildiyinin bariz nümunəsidir. Bu da Ümümmilli liderimizin siyasi kursuna olan sadiqlikdən irəli gəlir.