“Müstəqilliyin və Suverenliyin İqtisadi Əsaslarının Formalaşmasında Neft Sənayesi İşçilərinin Rolu” adlı dəyirmi masa keçirilmişdir

“Müstəqilliyin və Suverenliyin İqtisadi Əsaslarının Formalaşmasında Neft Sənayesi İşçilərinin Rolu” adlı dəyirmi masa keçirilmişdir
18 sentyabr 2025-ci ildə YAP Suraxanı rayon təşkilatının inzibati binasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində “20 Sentyabr – Neftçilər Günü” münasibəti ilə “Müstəqilliyin və Suverenliyin İqtisadi Əsaslarının Formalaşmasında Neft Sənayesi İşçilərinin Rolu” adlı dəyirmi masa keçirilmişdir.
Dəyirmi masa ətrafında keçirilən görüşdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı OİL OKSA Əməliyyat Şirkətinin Vitse Prezidentinin müavini Musa Nağıyev, Bahar Enerji Əməliyyat Şirkətinin Hüquq və Korporotiv məsələlər üzrə direktoru Əhmədiyyə Musayev, ƏPT sədri Nazim Cəfərov, Sənaye Təhlükəsizlik İdarəsinin rəis müavini Piri Quluzadə, ƏPT sədr müavini Faiq Zeynalov, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsinin direktoru, ƏPT sədri Kamran Cəfərov və Suraxanı rayonunda fəaliyyət göstərən neft sənayesi işçiləri- neftçilər iştirak etmişlər.
Dəyirmi masanı giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov həm “20 Sentyabr- Dövlət Suverenliyi Günü”, həm də “20 Sentyabr – Neftçilər Günü” münasibəti ilə görüş iştirakçılarını- Suraxanı rayonunda fəaliyyət göstərən neft sənayesi işçilərini təbrik edərək dedi ki, ən çətin günlərdə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində xarici neft şirkətləri Azərbaycan neft sənayesinə sərmayələr qoyaraq ölkəmizin inkişafının iqtisadi əsaslarını gücləndirmişlər. Vüqar Seyidov onu da xüsusi vurğuladı ki, Prezident cənab İlham Əliyevin güclü iradəsi, siyasi, iqtisadi və hərbi zəkası xalqımızı şanslı zəfərə çatdırmışdır.
SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsinin böyük mühəndisi, ƏPT sədr müavini Faiq Zeynalov çıxış edərək dedi ki, neft sənayesi Azərbaycan iqtisadiyatının əsas dayaqlarından biridir və bu sahədə çalışan neftçilərin fədakar əməyi həmişə yüksək qiymətləndirilmişdir.
“Suraxanı OİL” Əməliyyat Şirkətinin 2 saylı Neft-Qaz çıxarma sahəsinin geoloji işlər üzrə rəis müavini Murad Sarıbalayev çıxış edərək bildirdi ki, bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə neft siyasəti uğurla davam etdirilir. Ölkəmiz regionun və dünyanın mühüm enerji mərkəzlərindən birinə çevrilmişdir.
Sonda rayonun ictimai həyatında fərqlənən, YAP üzvü olan bir qrup neft sənayesi işçisi- neftçi Fəxri Fərman və Təşəkkürnamələrlə təltif olunmuşdur.