Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müstəqillik və dövlətçilik ənənələri” adlı tədbir keçirilib
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin və Suraxanı rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müstəqillik və dövlətçilik ənənələri” adlı tədbir keçirilib.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova, Suraxanı rayonu üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi Elşən Atakişizadə, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə doktor, dosent Əli İbrahimov, AMEA Tarix və Etnologiya İnstitutunun doktorantı, Azərbaycan Mülki Aviasiya Muzeyinin böyük elmi işçisi Rübabə Əbiyeva, Xalq şairi Tofiq Bayramın bacısı Svetlana Bayramova, Şəhid ailələrini müdafiə cəmiyyəti Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov, Milli Aviasiya Akademiyasının tələbələri, Mülki Aviasiya Muzeyinin və rayon idarə, müəssisələrinin əməkdaşları, 114 nömrəli məktəbin şagirdləri, rayon ictimaiyyəti iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi, şəhidlərimizin əziz xatirəsinin sükutla yad edilməsi və mövzuya həsr olunmuş video-çarxın nümayişi ilə başlanıb. Suraxanı rayon Heydər Əliyev Mərkəzinin fondun baş mühafizi Zəkiyə Hacıyeva tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb.
Dosent Əli İbrahimov, “Əliyevşünaslıq” şöbəsinin doktorantı Rübabə Əbiyeva və digərləri çıxışlarında Azərbaycan dövlətçilik ənənələrinin tarixi əhəmiyyətindən, Ulu öndər Heydər Əliyevin siyasi irsinin müasir Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki rolundan, İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından bəhs ediblər.
Tədbirin bədii hissəsində Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin “Xarı bülbül” qarmon ifaçıları ansamblı qrupu, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti, 87 nömrəli tam orta məktəbin şagirdi Yunis Məmmədli, 154 nömrəli tam orta məktəbin şagirdi Mədinə Nəsirzadə, eləcə də “Banu” rəqs qrupu çıxış ediblər.