Müstəqil Azərbaycan Ulu Öndərin gənclərə bəxş etdiyi ən dəyərli tövfədir

Müstəqil Azərbaycan Ulu Öndərin gənclərə bəxş etdiyi ən dəyərli tövfədir

Ulu Öndər Heydər Əliyev haqqında yazmaq hər bir gənc üçün böyük məsuliyyətdir. Mən öz məsuliyyətimi dərk edirəm. Lakin Ümummilli Liderə bir gənc olaraq öz sevgimi ifadə etməkdən fəxarət hissi duyuram. Çünki, hər zaman öz-özümə suallar verərdim. Görəsən, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Milli Qurtuluşumuzu gerçəkləşdirməsəydi, bugünki uğurlarımız, zəfərlərimiz, qələbələrimiz olardımı?  Bəs mənim əldə etdiyim uğurlar necə? Bu suallar ətrafında düşünə-düşünə araşdırdım, böyüklərdən soruşdum, öyrəndim və bu yazını qələmə almağa qərar verdim. Elə məni 19 yaşında inkişaf etdirən, cəmiyyətdə düzgün istiqamətləndirən də Ulu Öndər Heydər Əliyevin zəkasının nurundan yaranmış Yeni Azərbaycan Partiyasıdır.                                                                                                                       

Dekabrın 12-si Ulu Öndər Heydər Əliyevin anım günüdür. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin ağlı, gücü, cəsarəti və müdrikliyi mənsub olduğu xalqın, yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müstəqil Azərbaycan Respublikasının qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Çox qəribədir, dünyaya bir yaz günündə göz açmışdı, bir qış günündə yumdu gözlərini. Təkcə ölkəsini, millətini deyil, zəkaya, ağıla dəyər verən bəşəriyyətin bütün mütərəqqi ictimaiyyətini qəmə boğan ölümü ilə ölümsüzlüyə yol açdı. Yer üzərində bir məmləkət Azərbaycanın adını hayqıran ölümü ilə şəxsiyyətinin böyüklüyünü bir daha təsdiq etdi. Bu, Elə bir böyüklükdür ki, onunla qururlanmağa hər bir azərbaycanlının, hər bir türkün haqqı vardır. Ulu Öndər Heydər Əliyev gözlərini əbədi yumsa da, daim yaşayır. Heydər Əliyev nəsihətləri, tövsiyələri ilə yaşayacaqdır. Onu biz, gənclər əbədi yaşadacağıq.                                                                                                                              

Ulu Öndər Heydər Əliyev sadə fəhlə ailəsindən, siyasi xadimlik və dövlət başçılığına aparan yolda çəkilən əziyyətlərin heç də, əbəs yerə olmadığını olmadığını sübut etmişdir. Ümummilli Lider Heydər Əliyevin həyatı biz gənclərin üçün əsl nümunədir. Heydər Əliyevin Azərbaycan gənclərinə olan xüsusi diqqət və qayğısı gözdən yayınmamış, hər zaman gənclərə olan inamını ifadə etmişdir. Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən Dövlət Gənclər Siyasəti Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir və gənclər bütün sahələrdə özlərini doğruldurlar. Heydər Əliyev gəncləri Azərbaycanın bu günü və gələcəyi kimi görürdü. O biz gənclərin üzərinə böyük vəzifələr düşdüyünü və bu məsuliyyətin gələcəkdə daha da büyük olacağını söyləmişdi. Ümummilli Lider dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik-hüquqi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi ilə yanaşı, biz gənclərin müstəqil, çəkinmədən öz fikirlərimizi ifadə edə biləcəyimiz bir ölkə qurdu. Təbii ki, bu da, biz gənclərin daha cəsarətli, özgüvənli, iradəli olmağımıza və özümüzü daha yaxşı inkişaf etdirməyimizə şərait yaratmışdır. Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyev tərəfindən biz gənclərə bəxş edilən ən dəyərli tövfədir. Bu tövfə bizlərə sərbəst inkişaf edə biləcəyimiz, fikirlərimizi müstəqil ifadə edə biləcəyimiz səmimi bir cəmiyyət bəxş edib.

Biz hər birimiz istər şəxsi həyatımızda, istər təhsil həyatımızda, istərsə də ictimai fəaliyyətimizdə Ulu Öndər Heydər Əliyevi özümüzə mayak, yol göstərici kimi qəbul etməliyik! Bunu, etdiyimiz təqdirdə sizi əmin edirəm ki, yaradılmış şəraitin fövqündə gənclər heç bir problemlə qarşılaşmayacaqlar.                                                                                                          

 Biz gənclərə inanan, bizə nadir fürsətlər yaradan Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsi qarşısında ehtiramla baş əyirəm. Ruhu şad olsun!

Aytac Cabbarova

Yeni Azərbaycan Partiyası

Suraxanı rayon təşkilatının fəal gənci