Müharibə əfsuslar olsun ki, iqtisadiyyatımıza da öz mənfi təsirini göstərib
Samirə Abdullayeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Göyərçin körpələr evi ve uşaq bağçasının müdiri
Postmüharibədən dövründə Azərbaycanın əldə etdiyi uğurlar imkan verir ki, nəzərdə tutulan, qarşıda duran vəzifələri yerinə yetirə bilək və uğurla həyata keçirək. II Qarabağ müharibəsindən sonra biz artıq vəzifələrimizi bir-bir yerinə yetiririk. Bunlardan biri və əsası qələbəmizi siyasi aləmdə təsdiqləməkdən ibarət idi. Biz əgər bunu vaxtında etməsək, bir sıra problemlərlə üzləşə bilərdik. Doğrudur, artıq biz qələbəmizi dünya ictimaiyyətinə çatdırmışıq. Lakin iş bununla bitmir. Biz bu qələbini rəsmi olaraq tanıtmalıyıq.Bu vəziyyət bizi və mövqeyimizi daha da gücləndirəcək, möhkəmləndirəcək.
Həmçinin bu iki il ərzində biz müəyyən qədər olsa da, məqsədlərimizə nail olmağı bacarmışıq. Demək olar ki, Azərbaycan digər xarici dövlətlər tərəfindən etibarlı, güclü, ciddi dövlət kimi tanınır və bilinir ki biz sözümüzü müstəqil şəkildə deyə bilirik. Biz buna asanlıqla nail olmamışıq. Bizim müharibədən qazandığımız qələbəmiz də bu məsələdə mühüm rol oynamışdır.
Düzdür, müharibə bitib, amma mübarizə isə bitməyib. Buna baxmayaraq biz yenə də öz var gücümüzlə mübarizəyə hazırıq. Biz bu qələbəyə asanlıqla nail olmamışıq ki, asanlıqla da əlimizdən buraxaq. Müharibə əfsuslar olsun ki, iqtisadiyyatımıza da öz mənfi təsirini göstərib. İnflyasiyanın, artımların təsiri Azərbaycandan da yan keçməyib. Və təbii ki, bu sahədə islahatlar aparılır ki, təsir yumuşaldılsın. Amma hal-hazırda isə xərclərin sərf olunacağı istiqamət Qarabağın və Şərqi Zəngəzurun , ordu gücünün bərpa edilməsi və gücləndirilib möhkəmləndirilməsidir.
Hal-hazırda da qaydalar, islahatlar qəbul edilir. Bunlar boş yerə edilmir. İqtisadi, siyasi həmçinin sosial və xarici sahələrdə addımlar atılır. Ədalət hələ tam bərpa edilməyib, lakin böyük bir əzmlə bunu da tam bərpa edəcəyik. Hər şey bizim - Azərbaycan xalqının birliyinin əlindədir. Biz bir olsaq, bütün çətinliklərin üstündən gəlməyi bacararıq.